Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU
21.06.2026 20:40

19 iyun tarixində "Azneft" İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub.

Bu barədə TodayPress TV.-yə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Qeyd olunub ki, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib. Belə ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib:

"Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin "Azneft" İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. "Azneft" İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb".

Vurğulanıb ki, "Azneft" İB-nin dalğıc xidməti tərəfindən aparılmış diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edilib. İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib:

"Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər başa çatana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır. İnsidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və "Azneft" İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir".

XƏBƏR LENTİ
21 IYUN 2026
Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO 20:24 Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu 21:21 ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu 20:21 Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq 21:19 Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 İran heyəti Trampın təhdidlərindən sonra danışıqlar məkanını tərk etdi 20:56 Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 "Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin 20:27 ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü 20:05 Şirvanda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:18 Hindistanda fabrikdə ammonyak sızması nəticəsində yeddi nəfər öldü 18:32 Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar 19:26 Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI 16:42 Trampdan sərt tənqid: “Starmer iki əsas məsələnin öhdəsindən gələ bilmədi” 19:03 Qaret Beyl müasir futbolu sərt tənqid etdi: "Şahmata oxşayır" 17:24 İran rəsmiləri ABŞ nümayəndəlıri ilə foto çəkdirməkdən İMTİNA ETDİ 18:29 Trampdan xəbərdarlıq: "İran bunu etməsə..." 18:15 İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Türkiyə XİN 17:53 Rusiyada helikopter yoxa çıxdı- Axtarışlar dayandırıldı 16:36 Bütün Xəbərlər