DTX Vətən müharibəsi iştirakçıları ilə görüş keçirdi

DTX Vətən müharibəsi iştirakçıları ilə görüş keçirdi
27.08.2025 18:09

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüşü keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. 

Görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən ətraflı söhbət açıblar. Haqq savaşında əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün 2025-ci ildə qeyd ediləcəyini vurğalayan çıxışçılar Vətən müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin sentyabr ayında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsinin hər bir vətənpərvər azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığını bildiriblər.

Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam etdirilib. 

FOTOLAR

DTX Vətən müharibəsi iştirakçıları ilə görüş keçirdi — 1
DTX Vətən müharibəsi iştirakçıları ilə görüş keçirdi — 2
DTX Vətən müharibəsi iştirakçıları ilə görüş keçirdi — 3
DTX Vətən müharibəsi iştirakçıları ilə görüş keçirdi — 4
DTX Vətən müharibəsi iştirakçıları ilə görüş keçirdi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər