Belə avtomobilləri almayın - Servisi yoxdur

Belə avtomobilləri almayın - Servisi yoxdur
15.12.2025 17:27 Cəmiyyət

"Azərbaycanda elektrik enerjisi ilə işləyən avtomobillər üçün infrastruktur yetərincə inkişaf etməyib".

Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.


Onun sözlərinə görə, hazırda ölkə üzrə enerji doldurma məntəqələrinin sayı kifayət qədər deyil və mövcud stansiyalar əsasən Bakı və ətraf ərazilərdə cəmləşib. Regionlarda isə demək olar ki, bu tip məntəqələr yoxdur:

"Enerji doldurma infrastrukturu əsasən paytaxt və yaxın ərazilərlə məhdudlaşır. Regionlarda bu imkanların olmaması elektromobil sahiblərinin uzun məsafəli səfərlərini ciddi şəkildə çətinləşdirir və bu da insanları bu nəqliyyat növündən çəkindirir".

Ekspertin fikrincə, elektromobillərə marağın azalmasına təsir edən digər mühüm amil bu avtomobillərin təmiri və texniki baxışı ilə məşğul olan ixtisaslaşmış servis mərkəzlərinin azlığıdır. Elektromobillər ənənəvi daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha xüsusi yanaşma tələb edir:

"Elektromobillərin təmiri üçün xüsusi bilik, avadanlıq və sertifikatlaşdırılmış ustalar lazımdır. Bu sahədə kadr çatışmazlığı və servis şəbəkəsinin məhdudluğu sürücülərdə risk və narahatlıq yaradır. Nasazlıq baş verdikdə ehtiyat hissələrinin tapılması da çətin və baha olur. Elektromobillərin akkumulyatorları ilə bağlı məsələlər də potensial alıcılar üçün ciddi problem yaradır. Xüsusilə zəmanət müddəti bitdikdən sonra batareyanın dəyişdirilməsi və ya təmiri yüksək maliyyə xərci tələb edir. Akkumulyator elektromobilin ən bahalı hissəsidir. Zəmanət bitdikdən sonra bu hissə ilə bağlı yaranan problemlər avtomobil sahibləri üçün ağır maliyyə yükünə çevrilə bilər. Bu amil də insanların elektromobil almaq qərarına mənfi təsir göstərir".

Eldəniz Cəfərov hesab edir ki, elektromobillərin Azərbaycanda yenidən cəlbedici olması üçün ilk növbədə regionlarda enerji doldurma məntəqələrinin artırılması, ixtisaslaşmış servis mərkəzlərinin yaradılması və bu sahədə kadr hazırlığının gücləndirilməsi vacibdir. Əks halda elektromobillərə marağın azalması tendensiyası davam edə bilər.

Qeyd edək ki, ölkəmizə bu ilin 10 ayı ərzində 1 732 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50 faiz və 33.2 faiz azalma deməkdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər