DSX və Hərbi Prokurorluq hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirdi

DSX və Hərbi Prokurorluq hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirdi
29.07.2025 15:07

Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə şəxsi heyət arasında hərbi intizamın daha da möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin səviyyəsinin artırılması və hərbi qulluqçular arasında hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər davam edir.

TodayPress TV xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər hərbi intizamın qorunmasının dövlətin müdafiə qabiliyyətində oynadığı mühüm rola diqqət çəkmiş, hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi xidmət zamanı baş verə biləcək hüquq pozuntuları və onların hüquqi nəticələri barədə ətraflı məlumat verilmiş, konkret misallar əsasında təhlillər aparılıb.

Hərbi qulluqçular arasında hüquqi savadlılığın artırılmasının yalnız inzibati tədbirlərlə deyil, həm də tədris, tərbiyə və maarifləndirmə metodlarının tətbiqi ilə həyata keçirilməsinin daha səmərəli nəticələr verdiyi qeyd olunub.

Tədbirlərin sonunda şəxsi heyətlə xatirə fotoşəkli çəkdirilib.

FOTOLAR

DSX və Hərbi Prokurorluq hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirdi — 1
DSX və Hərbi Prokurorluq hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirdi — 2
DSX və Hərbi Prokurorluq hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirdi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Bütün Xəbərlər