DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO

DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO
12.03.2026 14:22

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edilir.

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu, xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini vurğulayıb.

Nazir dövlət başçısının ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki, hərbi tədris bazasının və institutunun, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün tədbirlər həyata keçirildiyini bildirib. O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini məmnunluqla qeyd edib.

Bildirilib ki, ölkədə ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, eləcə də keçirilən mötəbər beynəlxalq tədbirlər zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.

Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.

Sonra daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov və komandanın birinci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış ediblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.

TodayPress TV

FOTOLAR

DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 1
DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 2
DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 3
DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 4
DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 5
DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 6
DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 7
DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 8
DQ-nin yaranmasının 34-cü ildönümü qeyd olundu - VİDEO — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bütün Xəbərlər