DİQQƏT! Bu saqqızlardan zəhərlənə bilərsiniz

DİQQƏT! Bu saqqızlardan zəhərlənə bilərsiniz
11.12.2025 17:47

Bakı şəhəri 14 saylı tam orta məktəbin bir qrup şagirdinin saqqızdan zəhərləndiyi ehtimalı ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlıq yaradıb. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan qida eksperti Fərid Səfərov bildirib ki, saqqız ümumiyyətlə təhlükəli qida hesab edilmir, lakin bəzi hallarda zəhərlənməyə bənzər simptomlar yarana bilər:


"Saqqızdan birbaşa zəhərlənmə çox nadir haldır. Amma saqqızın vaxtının keçməsi, düzgün saxlanılmaması, içində normadan çox dadlandırıcı olması və ya qeyri-rəsmi, keyfiyyətsiz istehsal riski artırır".

Onun sözlərinə görə, küçədə satılan, qeyri-qanuni istehsal olunan və etiket məlumatı tam olmayan saqqızlarda təhlükəli maddələr ola bilər:

“Qeydiyyatsız və ya küçədə satılan saqqızlarda saxta rəngləndiricilər, keyfiyyətsiz aromatlar və gigiyenik olmayan qablaşdırma ola bilər. Bu isə zəhərlənmə riski yaradır. Şəkərli saqqızlar diş çürüməsinə səbəb ola bilər. Şəkərsiz saqqızlarda istifadə olunan sorbitol, mannitol, ksilitol kimi maddələr həddindən artıq istifadə edilərsə, bəzi uşaqlarda qarın ağrısı, köp, ishal yarada bilir. Bəzi rəng və ətir vericilər uşaqlarda allergik reaksiyalar, başgicəllənmə, ürəkbulanma yarada bilər. Orqanizmə keçməsə də, bəzi həssas uşaqlarda dad və qoxu maddələrinə qarşı reaksiya mümkündür".

Ekspertə görə, bir çox valideynlər təhlükəni yalnız dad dəyişəndə hiss edir, lakin başqa əlamətlər də var:

"Bunlar qoxunun dəyişməsi, kimyəvi və ya qəribə kəskin qoxu, dadın turş, acı və ya metal kimi olması, rəngin solması və səthdə ləkələrin yaranması, qablaşdırmanın nəm çəkməsi, şişməsi və ya cırılması, etiketsiz və ya istehsalçı məlumatı olmayan məhsullardır".

Mütəxəssis vurğulayıb ki, saqqızdan sonra şiddətli qarın ağrısı, qusma, başgicəllənmə, tez-tez ishal və ya ağızda yanma varsa, dərhal tibbi yardıma müraciət edilməlidir:

"Saqqız ümumiyyətlə təhlükəli məhsul deyil, amma keyfiyyətsiz, vaxtı keçmiş və içində yüksək miqdarda dadlandırıcı olan saqqızlar xüsusilə uşaqlarda narahatlıq yarada bilər. Valideynlər həmişə etiketə, qablaşdırmaya və məhsulun görünüşünə diqqət etməlidirlər", - deyə Fərid Səfərov fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ 22:12 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Bütün Xəbərlər