Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq

Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq
14.07.2026 08:55

Bu gün paytaxtın bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

"Azərişıq"dan TodayPress TV-yə verilən məlumata görə, iyulun 14-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, eyni zamanda Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Həsən Əliyev 131 ünvanında yerləşən Telefon Rabitə Qovşağında fasilələrlə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Nazim Hacıyev, Habil Əliyev, Murad Mirzəyev, Ümid Əkbərov küçələrinin bir hissəsini əhatə edəcək.

Həmçinin Nizami RETSİ-nə daxil olan bir neçə TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsi Kamran Əfkari, Məşədi Hilal Kazımov, Rafiq Ağayev, Yarış, Kəndçi, Nizami Abdullayev küçələrinin bəzi əraziləri gərginliksiz qalacaq.

Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisindəki 35/6 kV-luq "Sarıqaya" yarımstansiyasından çıxan 6 kV-luq "Novxanı-1" hava xəttində təmir işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində enerjinin verilişində fasilə olacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər", - məlumatda qeyd olunur.

XƏBƏR LENTİ
14 IYUL 2026
Paşinyan dağlara çəkildi: Qərb Rusiyanın Ermənistana hücumu barədə xəbər yaydı 10:20 İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü oldu 10:24 Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar? 10:20 Prezident Slovakiya liderini Şuşada qarşıladı 10:08 Azərbaycan Ermənistana qarşı ikinci dövlətlərarası şikayət göndərib 10:02 Hikmət Hacıyev süni intellektin önəmindən danışdı 10:03 Azərbaycan dezinformasiya hücumlarına məruz qalır - Hikmət Hacıyev 09:55 Azərbaycan nefti yüksəlməyə davam edir: Bir günə... 09:58 TNS "Sabah" ilə üz-üzə gələcək 09:23 Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq 08:51 ABŞ İrana yeni zərbələr endirdi 08:46 Dünyada ilk dəfə "Ebola" virusunun bu ştammına qarşı peyvənd sınaqları başladı 08:31 Ukrayna dronları Rusiyanın iri neft emalı zavoduna hücum etdi 08:16 Tramp xalqa müraciət edəcək 08:08 194 yaşlı tısbağa dünya rekorduna imza atdı 02:03 Günorta yatmaq tənbəllik deyilmiş: Beyin üçün faydası açıqlandı 01:55 Püstə, yoxsa fıstıq? Hansı daha faydalıdır? 01:44 Qəhvəni belə içmək daha faydalıdır 01:33 Qazlı içkilərlə bağlı alimlərdən XƏBƏRDARLIQ 01:27 İnternet niyə zəif işləyir? Bu sadə səhvi çoxları edir 01:12 “Telegram”da problem yaşandı 01:03 İranın Konarak şəhəri yaxınlığına raketlər atılır 01:23 ABŞ İsfahana və Kiş adasına zərbələr endirir 01:19 İran ABŞ hədəflərinə zərbə endirir - TƏCİLİ 01:06 Tramp: “İran rejiminin təxminən 25 faizini məhv etdik” 00:59 Bütün Xəbərlər