Bakıda intensiv yağışlar: İnfrastruktur niyə tab gətirmir?

Bakıda intensiv yağışlar: İnfrastruktur niyə tab gətirmir?
30.03.2026 16:46

Martın 27-dən etibarən ölkə ərazisində müşahidə olunan intensiv yağışlar paytaxt Bakıda ciddi fəsadlar törədib. 

Memar Cahid Həsənov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, paytaxtdakı mövcud su-kanalizasiya sistemləri bugünkü tələblərə uyğun deyil.


Onun sözlərinə görə, bu məsələ ilə bağlı Memarlıq və Şəhərsalma İdarəsində qərar verilib və işə başlanılıb.  

“Bu sistemlər 40-60 il əvvəl, o dövrdə Bakının 1 milyon əhalisi nəzərə alınaraq çəkilmişdi və əlavə olaraq 500 min nəfərlik hesablamalar da aparılırdı. Yəni o vaxt bu sistem 1,5 milyon əhali üçün nəzərdə tutulmuşdu və 10-30 il ərzində tələblərə cavab verirdi.   

Lakin bu gün Bakının əhalisi 3-4 milyon nəfərə çatıb. Bundan əlavə, 40-50 il əvvəl Sovetlər Birliyi dövründə bir prospektdə yalnız bir qastronom və bir-iki ictimai obyekt var idi. İndi həmin prospektdə onlarla qastronom, iaşə obyektləri və hündürmərtəbəli yaşayış binaları fəaliyyət göstərir. Yəni yük dörd dəfə artıb. Deməli, 50-60 il əvvəlki kanalizasiya sistemi də 4-5 dəfə gücləndirilməli idi”.     

Memar əlavə edib ki, Sovet dövründə tökmə betondan istifadə edilərək quraşdırılmış bu sistemlər keyfiyyət baxımından müasir standartlara cavab vermir. Üstəlik, onların istismar müddəti də başa çatıb:

“Yeni kanalizasiya sistemi 3-5 il ərzində tam şəkildə yenilənəcək. Dövlət bu barədə qərar verib və işə start verilib. Yeni texnologiyalarla və yüksək yükə davamlı çəkiləcək sistem gələcəkdə bu kimi problemlərin qarşısını alacaq. Yəni məsələyə sadə bir nümunə ilə baxsaq, bir prospektdəki vəziyyəti müqayisə etməklə vəziyyət aydın olur, yük dörd dəfə artıb, sistem isə eyni qalıb”. 

Cahid Həsənov qeyd edib ki, bu işlər mərhələ ilə həyata keçiriləcək. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Bütün Xəbərlər