Azərbaycanın Milli Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində tarixi uğur

Azərbaycanın Milli Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində tarixi uğur
24.11.2025 09:25

2025-ci ilin noyabr ayının 20-də İordaniyada müxtəlif dövlətlərin silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində “ARMYTHON” beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib.

TodayPress TV xəbər verir ki, 28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi “ARMYTHON” müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışması hesab olunur.

Yarışma zamanı iştirakçılardan mürəkkəb kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi kriptoqrafiya üzrə müasir çağrışlara uyğun tapşırıqların həlli sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.

Azərbaycan beynəlxalq “ARMYTHON” müsabiqəsində 2 komanda ilə təmsil olunmuş və həmin komandalar yüksək nəticə əldə ediblər. Onlardan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası beynəlxalq rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülmüş, Respublikamızın digər aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət “Iron Fist” yığma komandası isə 6-cı yerə yüksəlib.

Bu nailiyyət ölkəmizin kibertəhlükəsizlik potensialının nə dərəcədə artdığını və milli kadrlarmızın qlobal səviyyədə rəqabət qabiliyyətini bir daha təsdiqləyir.

TodayPress TV

FOTOLAR

Azərbaycanın Milli Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində tarixi uğur — 1
Azərbaycanın Milli Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində tarixi uğur — 2
Azərbaycanın Milli Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində tarixi uğur — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Bütün Xəbərlər