DİQQƏT! Sahibkarlara ŞAD XƏBƏR

DİQQƏT! Sahibkarlara ŞAD XƏBƏR
12.01.2026 12:39 Cəmiyyət

“Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi nəzarətində yeni mərhələnin başlanğıcıdır və bu proses sahibkarlar üçün daha şəffaf və proqnozlaşdırılan mühit formalaşdırır”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Deputat bildirib ki, 2026-cı ildən etibarən Azərbaycanda “üfüqi monitorinq” mexanizminin tətbiqinə start verilib. Yeni sistem vergi ödəyicilərinə mövcud vergi risklərini əvvəlcədən vergi orqanına açıqlamaq imkanı yaradır ki, bu da səyyar vergi yoxlamalarının yalnız istisna hallarda aparılmasına şərait yaradacaq.

Vüqar Bayramovun sözlərinə görə, praktik olaraq bu dəyişikliklər səyyar vergi yoxlamalarının sayını daha da minimuma endirəcək:

“Son illərin statistikası da bunu təsdiqləyir. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Bu göstərici 2023-cü illə müqayisədə 29 faiz, 2018-ci illə müqayisədə isə təxminən 5 dəfə azdır”.

Parlamentari vurğulayıb ki, “üfüqi monitorinq”in ən mühüm üstünlüklərindən biri maliyyə sanksiyalarına yeni yanaşmanın tətbiq edilməsidir:

“Əgər vergi ödəyicisi mövcud riskləri əvvəlcədən vergi orqanına açıqlayırsa, həmin hallarda maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər sonradan vergi orqanı tərəfindən aşkar edildiyi halda 25 faiz maliyyə sanksiyası nəzərdə tutulur”.

Vüqar Bayramov qeyd edib ki, “üfüqi monitorinq” çərçivəsində təqdim edilən məlumatlar vergi orqanları tərəfindən elektron formada izləniləcək. Sistem əvvəlcədən məsləhətləşmə mexanizmi əsasında qurulduğu üçün vergi risklərinin azaldılmasına xidmət edir.

Deputatın sözlərinə görə, yeni mexanizm maliyyə intizamının gücləndirilməsinə və korporativ idarəetmənin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək:

“Bu sistemə qoşulan sahibkarlara əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçimi təqdim olunur ki, bu da vergi planlaşdırılması baxımından əlavə üstünlüklər yaradır”.

Vüqar Bayramov əlavə edib ki, avtomatlaşdırılmış uçot aparan və daxili nəzarət sistemini tətbiq edən orta və iri sahibkarlıq subyektləri “üfüqi monitorinq”ə qoşula bilərlər. Bu mexanizm eyni zamanda vergi orqanları ilə sahibkarlar arasında şəffaf və etibarlı əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.

Millət vəkili hesab edir ki, yeni yanaşma vergi nəzarətində cərimə əsaslı modeldən məsləhət və qabaqlayıcı idarəetmə modelinə keçidin göstəricisidir və biznes mühitinin daha da yaxşılaşmasına imkan verəcək.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər