Azərbaycanda heyvanlara münasibət: Yaralı qağayıdan tutmuş küçə itlərinə qədər

Azərbaycanda heyvanlara münasibət: Yaralı qağayıdan tutmuş küçə itlərinə qədər
22.05.2026 16:36

Bir neçə gün əvvəl Müşfiqabadda qanadı zədələnmiş qağayı tapılıb. İlk addım dövlət qurumlarına zəng etmək olub. Cavab isə ürəkaçan olmayıb. 

İnsanlar özü qəfəs qurub, günlərlə qulluq edib və nəhayət onu dənizə buraxıblar.

Bəs Azərbaycanda heyvanlara, xüsusilə yaralı və köməyə ehtiyacı olanlara münasibət və onların mühafizəsi mexanizmləri hazırda hansı səviyyədədir? 

Heyvan müdafiəçisi Mənsurə Rəsulzadə mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, problemin əsas səbəbi yalnız qanunvericilikdəki boşluqlar deyil, həm də cəmiyyətdə empatiya və maarifləndirmənin zəif olmasıdır.

Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində küçələrdə, magistral yollarda və çöllük ərazilərdə susuzluq və aclıqdan əziyyət çəkən heyvanlarla tez-tez rastlaşmaq mümkündür:

"Mən hər gün saysız-hesabsız heyvan cəsədləri görürəm. Çöllük və səhralıq ərazilərdə heyvanlar su tapmaq üçün halsız vəziyyətdə gəzir. İnsanlardan uzaq durmağa çalışırlar, amma yaşamaq üçün məcburən yaşayış yerlərinə yaxınlaşırlar və oradan da qovulurlar. Çünki əksər yerlərdə artıq açıq su mənbələri yoxdur. Su pullu olduqdan sonra bir çox mənbələrin qarşısı bağlanıb. Problem yalnız heyvanlarla məhdudlaşmır və bu məsələ birbaşa insan təhlükəsizliyi ilə də əlaqəlidir. Su həyat deməkdir. İnsan da yolda qala bilər, maşını xarab ola bilər, halı pisləşə bilər. Ətrafda yaşayış məntəqəsi olmayanda yaxın su mənbəyinə çatmaq üçün kilometrlərlə yol getmək lazım gəlir. İmkanı olmayan insanlar üçün vəziyyət daha ağır olur. Bu hallar düşündüyümüzdən daha çox baş verir".

Onun fikrincə, heyvanlara münasibət cəmiyyətin insanlıq səviyyəsinin göstəricisidir:

"Biz heyvanların yerində özümüzü təsəvvür etməyi öyrənməyincə problemlər həll olunmayacaq. Empatiya inkişaf etməlidir. Hətta deyərdim ki, bəzi hallarda ümumiyyətlə yoxdur. İnsanlığımızın vəziyyətini düzgün qiymətləndirməsək, bu boşluqlar həmişə qalacaq. Bunun əsas səbəbi isə maarifləndirmənin zəifliyidir".

Heyvan müdafiəçisi bildirib ki, Azərbaycanda heyvan rifahı ilə bağlı əsas hüquqi problemlərdən biri 2007-ci ildə ratifikasiya olunmuş beynəlxalq konvensiyanın müddəalarının tam icra edilməməsidir.

"Söhbət 31 may 2007-ci ildə ratifikasiya olunmuş konvensiyadan gedir. Həmin sənəd parlamentdə yekdilliklə qəbul olunub, prezident tərəfindən imzalanıb və təsdiqdən sonra onun həyata keçirilməsi üçün lazımi infrastrukturun və büdcə mexanizminin hazırlanması Baytarlıq Xidmətinə həvalə olunub. Həmin dövrdə baytarlıq sahəsində fəaliyyət göstərərkən konvensiyanın tətbiqi ilə bağlı ciddi hüquqi ziddiyyətlərlə qarşılaşıb".

O, dövlət qurumlarında məsuliyyət və nəzarət mexanizmlərinin zəif işlədiyini də bildirib.

"Qanunlara nəzarət etməli olan bəzi şəxslər ya məsuliyyətlərini anlamırlar, ya da anlamaq istəmirlər. Vətəndaşların heyvanlara qarşı qəddarlıqla bağlı müraciətlərinə lazımi səviyyədə baxılmır. İnsanlar müraciət edir, amma çox vaxt nəticə əldə olunmur".

Onun sözlərinə görə, hər il baytarlıq xidmətinə dövlət büdcəsindən vəsait ayrılmasına baxmayaraq, mövcud imkanlardan səmərəli istifadə edilmir.

“Rayonlarda baytarlıq məntəqələri fəaliyyət göstərir, dövlət tərəfindən dərman və avadanlıqlar ayrılır. Amma əsas problem bəzi əməkdaşlara öz məsuliyyətlərini anlatmaq və işlərini vicdanla görməyə təşviq etməyin çətin olmasıdır. Əlbəttə, hamını nəzərdə tutmuram. Amma problem mövcuddur və bunu gizlətmək olmaz”, – deyə Mənsurə Rəsulzadə qeyd edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 IYUL 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bütün Xəbərlər