AZANS Lissabonda keçirilən “Airspace World 2025” sərgisindəki yekunlarını elan etdi

AZANS Lissabonda keçirilən “Airspace World 2025” sərgisindəki yekunlarını elan etdi
20.05.2025 16:03

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi CANSO-nun “Airspace World 2025” sərgisində iştirak edib. AZANS-ın bu tədbirdə iştirakı Azərbaycanın qlobal aeronaviqasiya sahəsində mövqeyinin möhkəmlənməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə və hava hərəkətinin idarə olunması sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verib. 

Bu barədə TodayPress TV-yə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Sərgi 13–15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilib və hava məkanının idarə olunmasının gələcək inkişaf istiqamətlərini müzakirə etmək məqsədilə qlobal aviasiya sənayesinin liderlərini, innovasiya mütəxəssislərini və qərarverici şəxsləri bir araya gətirən dünyanın aparıcı tədbirlərindən biridir.   

Tədbirdə beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi, yeni texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyası diqqət mərkəzində olub.

Sərgidə 200 şirkət, 110-dan çox ölkəni təmsil edən nümayəndələr və 10 000-dən artıq beynəlxalq ziyarətçi iştrak edib.   

“Airspace World 2025”də AZANS öz stendində Azərbaycanın hava məkanının Şərqlə Qərb arasında təhlükəsiz, səmərəli və getdikcə daha əhəmiyyətli nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətini vurğulayıb. Həmçinin AZANS modernləşdirmə proqramları, ekoloji layihələr və regionda, eləcə də qlobal səviyyədə əlaqələndirmə imkanlarının inkişafı ilə bağlı planlarını bölüşüb.   

Üç gün ərzində AZANS bir sıra beynəlxalq aeronaviqasiya xidməti təminatçıları ilə yüksəksəviyyəli görüşlər keçirib. Bu görüşlərə Böyük Britaniyanın NATS şirkəti, Almaniyanın “DFS Deutsche Flugsicherung”, Birləşmiş Ərəb Əmirliklərinin GCAA qurumu, həmçinin CANSO-nun  (Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı)  üzvləri və “ACI World” (“Airports Council International”) qatılıb.

Danışıqlar zamanı AZANS-ın beynəlxalq əməkdaşlıq və bilik mübadiləsinə sadiqliyi bir daha nümayiş etdirilib.   Sərgi çərçivəsində diqqətçəkən mühüm məqamlardan biri hava hərəkətinin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq mükafat hesab olunan “ATM Awards 2024” nominasiyasında AZANS-ın “Collaboration and Community” kateqoriyası üzrə yüksək nəticə əldə etməsi olub. AZANS bu mükafatı “Green Aviation Insights” (GAIN) layihəsi çərçivəsində qazanıb.

Layihə Böyük Britaniyanın NATS, Azərbaycanın AZANS, Malayziyanın CAAM və Belçikanın "skeyes" təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir və bu kateqoriyada ən yaxşı təşəbbüslərdən biri olaraq seçilib.   

Bundan əlavə, AZANS INDRA, “Aireon”, ADB SAFEGATE, SITA, “Searidge Technologies”, UFA, “NG Aviation” və ERA kimi aparıcı qlobal texnologiya şirkətləri ilə görüşlər keçirərək müasir müşahidə, rabitə və rəqəmsal sistemlərin inteqrasiyası mövzusunda fikir mübadiləsi aparıb.    

Bu müzakirələr AZANS-ın hava hərəkətinin idarə olunması üzrə Azərbaycanın infrastrukturunu qabaqcıl beynəlxalq təcrübələr əsasında modernləşdirmək strategiyasının mühüm tərkib hissəsidir.   

Həmçinin AZANS sərgi çərçivəsində iki əsas regional koordinasiya iclası keçirib. Bunlardan birincisi Mərkəzi Asiya və Türkiyə üzrə aeronaviqasiya qurumlarının rəhbərlikləri, digəri isə AZANS və Türkiyənin DHMİ idarəsi tərəfindən birgə təsis edilən SOCEA-nın (Avropa və Asiya Aeronaviqasiya Təminatçıları üçün Regional Aeronaviqasiya Təhlükəsizlik Platforması) icraçı direktorlar arasında görüş olub.

Hər iki tədbirdə regional inteqrasiya, sərhədlərarası əməkdaşlıq, rəqəmsal transformasiya və hava məkanında təhlükəsizliyin artırılması mövzuları müzakirə olunub.

XƏBƏR LENTİ
30 IYUL 2026
Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Bütün Xəbərlər