"Ay cammat, artıq söz yox, əməl vaxtıdır"

"Ay cammat, artıq söz yox, əməl vaxtıdır"
04.02.2026 23:45

“Elm adamlarının qiymətini bilməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər”.  

                                              (Volter)

Harada qalmışdım…

BƏS TƏHLÜKƏ NƏ ZAMAN SOVUŞACAQ?

Qeyd etdim axı, sosial şəbəkə fenomenlərinin də uğur (daha doğrusu, pul qazanmaq) hekayələri eynilə bu çağırış kimi bu gün gənclərin qulağını qanadır.

Tibbi cəhətdən qulaq qanayandan sonra onun eşitməsi zəifləyir. İndi bizdə də yaxın gələcəkdə təxminən bu proses baş verəcək.

Ziyalı qisim nə qədər çalışsa da, gəncləri bu fenomen kirliliyindən, onlara aşılanan bəsit “gör-götür” dünyasından ayırsın, onlar eşidilməyəcək. Ta ki qulaqlar sağalana qədər…

SAĞALMAQ ÜÇÜN NƏ LAZIMDIR?

Sağalmaq üçün ritorikanı dəyişmək lazımdır.

Görürsünüz ki, qulaqlar yaxşı işləmir, demək, artıq söz yox, əməl vaxtıdır. Ölkədə elmə, sağlam düşüncəyə dəyər verildiyini görən heç bir gənc yüngül sosial media fenomenini özünə kumir seçməz axı.


Bir neçə gün öncə tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibəsi yayımlanmışdı. Müsahibəni bir çox sayt, jurnalist bəh-bəhlə yayımladı. 70 yaşı tamam olan jurnalist yenidən gündəmə gəldi. Hətta onu tanımayan bir nəsil də onun haqqında məlumatlandı, qələminə bələd oldu.

Dünən isə Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Mehman Cavadoğluna baş çəkmişdi. Görüşdən sonra qeyd etmişdi ki, ömrünün 50 ili mətbuatda keçən adam podaqradan əziyyət çəkir, xəstəliyinin ən ağır dövrünü yaşayır və aylıq 300 manatlıq təqaüd alır…

HAQQ-HESAB

50 il = 300 AZN?

Ardı var…

Günəş Mərd

XƏBƏR LENTİ
21 IYUN 2026
Hindistanda fabrikdə ammonyak sızması nəticəsində yeddi nəfər öldü 18:32 Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar 19:26 Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI 16:42 Trampdan sərt tənqid: “Starmer iki əsas məsələnin öhdəsindən gələ bilmədi” 19:03 Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi 17:29 Qaret Beyl müasir futbolu sərt tənqid etdi: "Şahmata oxşayır" 17:24 İran rəsmiləri ABŞ nümayəndəlıri ilə foto çəkdirməkdən İMTİNA ETDİ 18:29 Trampdan xəbərdarlıq: "İran bunu etməsə..." 18:15 İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Türkiyə XİN 17:53 Rusiyada helikopter yoxa çıxdı- Axtarışlar dayandırıldı 16:36 "Danışıqlarında böyük irəliləyiş əldə edilib" - Vens 17:21 ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı 17:18 Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Bütün Xəbərlər