“Ay camaat, bizi savadsız, pullu adamlar idarə edəcəklər...”

“Ay camaat, bizi savadsız, pullu adamlar idarə edəcəklər...”
03.02.2026 19:09

“Pul yaxşı qulluqçudur, lakin pis ağadır”.   

                         (Frensis Bekon)  

Günümüzdə sosial şəbəkələrin bizə təbliğ etdiyi əsas məsələlərdən biri də asan yollarla pul qazanmaqdır. Bu tendensiya hər il artan templə davam edir. 

Haqlı olaraq artıq bizi bu sual ciddi şəkildə düşündürür: Təhsil, yoxsa qazanc? 

Bu suala cavab yaşadığımız situasiyalara görə dəyişir. 


Məsələn, mən əminəm ki, zəhmətinin qarşılığını ala bilməyənlər hər gün azı bir dəfə bu sualın cavabında “pulu” seçirlər. Daha yolun başında olanlar, “Tarixi-Nadir”i yarıya qədər oxuyub nəticə ala bilməyənlər, sözün əsl mənasında daşdan pul çıxaranlar da bu qəbildən...

Məlumdur ki, sosial şəbəkələrdə qazanc əldə edənlərin bir hissəsi məktəb, və ya universitet diplomu olmayan şəxslərdir. 

Onlar kontent istehsalı, reklam, canlı yayımlar üzərindən gəlir qazanır. Əsas kapitalları da bilik deyil, auditoriyadır.   

Bu şəxslər də günümüzdə əsasən gənclər və yeniyetmələrin “qibləgahı” olur. 

Bəs təhsilsiz gələcək nə dərəcədə təhlükəsiz ola bilər? 

TƏHLÜKƏ BURADAN BAŞLAYIR     

Heç kim inkar edə bilməz ki, yaxın gələcəkdə təhsilli, savadlı insanları təhsilsiz, auditoriyası olan adamlar idarə edəcəklər.   

Fikir verin, artıq işçi qəbul edən bir çox müəssisə işçinin bacarığından daha çox onun sosial şəbəkə hesablarını analiz edir. Onun kütləsinin böyüklüyünü əsas götürür.  Demir sən nəyi bacarırsan, deyir sən neçə nəfərə “çata bilirsən?”.  

Analoji iş artıq media tərəfindən layiqincə görülüb. Zamanla çalışdığımız redaksiyalarda bizə ekspert kimi təqdim olunan şəxslərin timsalında bunu çox aydın görə bilərik.   

Təsəvvür edirsiniz, bir neçə ilə “Baboş” və bu qəbildən olan tiktokerlərin yüzlərlə işçisi olacaq. O işçilərdən biri də sən və ürək ağrısı ilə qeyd edirəm: Bu gün bunları yazıramsa, biri də mən ola bilərəm...  


GÖRÜB-GÖTÜRƏN GƏNCLƏR

Xatırlayıram, ötən il abituriyentlərin qəbul imtahanları, ixtisas seçimi dönəmində sosial şəbəkələrdə zamanında təhsil alıb bir neçə diplomu olan fəhlənin görüntüləri yayılmışdı. O, görüntülərdə deyirdi ki, nə olsun oxuyub, nə olsun bu qədər əziyyət çəkib, axırda fəhlə olub da. Çağırış da edirdi ki, oxuyub əziyyət çəkməyə dəyməz. Diplom bir işə yaramır. 

İnformasiya axınının qarşısına Çin səddi də çəksən, o axıb gedəcək...

Bu çağırış da yüzlərlə gəncə, yeniyetməyə çatdı.    

Sosial şəbəkə fenomenlərinin də uğur (daha doğrusu pul qazanmaq) hekayələri eynilə bu çağırış kimi bu gün gənclərin qulağını qanadır. 

BƏS TƏHLÜKƏ NƏ ZAMAN SOVUŞACAQ? 


Ardı var...

Günəş Mərd

XƏBƏR LENTİ
21 IYUN 2026
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 "Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin 20:27 ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü 20:05 Şirvanda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:18 Hindistanda fabrikdə ammonyak sızması nəticəsində yeddi nəfər öldü 18:32 Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar 19:26 Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI 16:42 Trampdan sərt tənqid: “Starmer iki əsas məsələnin öhdəsindən gələ bilmədi” 19:03 Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi 17:29 Qaret Beyl müasir futbolu sərt tənqid etdi: "Şahmata oxşayır" 17:24 İran rəsmiləri ABŞ nümayəndəlıri ilə foto çəkdirməkdən İMTİNA ETDİ 18:29 Trampdan xəbərdarlıq: "İran bunu etməsə..." 18:15 İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Türkiyə XİN 17:53 Rusiyada helikopter yoxa çıxdı- Axtarışlar dayandırıldı 16:36 "Danışıqlarında böyük irəliləyiş əldə edilib" - Vens 17:21 ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı 17:18 Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Bütün Xəbərlər