At ili nə vəd edir? - "Kəşflər və innovasiyalar ili..."

At ili nə vəd edir? - "Kəşflər və innovasiyalar ili..."
29.12.2025 17:53

2026-cı il Şərq təqviminə görə alovlu At ilinə təsadüf edir. Astroloji baxımdan bu ilin yüksək dinamika, sürət və təşəbbüskarlıqla yadda qalacağı gözlənilir. 

Mövzu ilə bağlı astroloq Sabirə Cəfər TodayPress TV-yə açıqlamasında bildirib ki, At ilinin enerjisi qırmızı tonlar, impulsivlik, aktivlik və hərəkətliliklə səciyyələnir.


Bu dinamika Saturnun Qoç bürcünə keçidi ilə üst-üstə düşərək ilin ümumi enerjisini daha da gücləndirir:

"2026-cı il yeniliklər, kəşflər və cəsarətli addımlarla assosiasiya olunan bir il olacaq. Elm və texnologiyada, incəsənətdə, gündəlik həyatda və fərdi talelərdə yeni başlanğıclar ön plana çıxa bilər. Saturnun Qoç bürcündə simvolik mənası köhnə maneələrin aşılması, sərhədlərin dağıdılması və irəliləyişlə bağlıdır. Neptunun Qoça keçidi insanlığın indiyədək xəyal belə etmədiyi mövzularda yeni ideyaların, kəşflərin və innovativ yanaşmaların ortaya çıxmasına zəmin yarada bilər".

Astroloq əlavə edib ki, astroloji proqnozlara əsasən, 2026-cı ilin ən şanslı bürcləri də müəyyənləşir. Belə ki, ilin ilk yarısında Xərçəng bürcləri, ilin ikinci yarısında isə Şir bürcləri daha çox fürsətlərlə qarşılaşa bilərlər. Bunun əsas səbəbi Yupiterin bu bürclər üzərindən tranzit etməsidir:

"Yupiterin bu mövqeyi təxminən 12 ildən bir baş verdiyi üçün Xərçəng və Şir bürcləri üçün şanslı dövr uzun fasilədən sonra yenidən aktivləşir. Eyni zamanda Saturnun Qoç bürcünə keçidi Qoçlar üçün də xüsusi əhəmiyyət daşıyır. Təxminən 29,5 ildən sonra Saturn dövrəsinin tamamlanması bu bürcün nümayəndələrinin həyatında köklü dəyişikliklərə yol aça bilər. Bu dəyişikliklər evlilik, yeni iş və karyera imkanları, həyat tərzinin yenilənməsi və ya övlad sahibi olmaq kimi mühüm hadisələrlə müşayiət oluna bilər".

Ekspert tarixi paralellərə də diqqət çəkərək bildirib ki, Neptunun sonuncu dəfə Qoç bürcündən keçdiyi dövrdə yanğınsöndürmə texnikaları, xüsusi alətlər və termometrlər kimi mühüm ixtiralar ortaya çıxmışdı. Bu baxımdan növbəti tranzit dövründə də elmi və texnoloji sahədə yeniliklərin gözlənildiyi vurğulanır.

Sabirə Cəfər əlavə edib ki, Saturnun Qoç tranzitləri tarixən müstəmləkəçiliyə, köhnə güc strukturlarına və əsarətə qarşı qalxmalarla da əlaqələndirilir. Bu proseslər Plutonun Dolça, Uranın isə Əkizlər bürcünə keçidi fonunda daha da güclənir:

"2026-cı ilin planet tranzitləri ilə zəngin olması dünya miqyasında güc balansında, idarəetmə mexanizmlərində və siyasi münasibətlərdə ciddi dəyişikliklərin baş verə biləcəyinə işarə edir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Çətirsiz evdən çıxmayın: Hava qəfildən dəyişəcək 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Bütün Xəbərlər