ADSEA sədri: "Bakıya 7 aya yağan yağış iki gündə yağdı"

ADSEA sədri: "Bakıya 7 aya yağan yağış iki gündə yağdı"
11.04.2026 22:40

"Mart ayının 27-si və 28-də, eləcə də ondan bir həftə sonra yağan yağışlar çox intensiv və həddindən artıq güclü idi. Sizə bəzi rəqəmlər deyim. Bakı və Abşeron yarımadasında illik yağıntı norması 235 mm-dir. Yəni bu, təxminən hər kvadrat metrə 235 litr su deməkdir və bu miqdar adətən 12 ay ərzində düşür".

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Xəzər" TV-yə müsahibəsində deyib:

"Lakin təkcə martın 27-si və 28-də – iki gün ərzində yağan yağışın miqdarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin məlumatına görə 143 mm təşkil edib. Bu rəqəm quru statistika kimi görünə bilər, amma müqayisə üçün deyim ki, bu, illik yağıntı normasının təxminən 60 %-i deməkdir. Yəni Bakı və Abşeron yarımadası üzrə uzunmüddətli müşahidələrə əsasən 7 ayda yağan yağış cəmi iki gün ərzində yağıb. Bu, həqiqətən də çox böyük göstəricidir və hətta fövqəladə vəziyyət kimi qiymətləndirilə bilər. Bu qədər intensiv yağıntı mövcud infrastruktur sistemi, həmçinin çökəklikdə yerləşən ərazilər səbəbindən Abşeronun bəzi bölgələrində geniş su basmaları və daşqınlara səbəb olub.

Bununla yanaşı, qeyd etdiyiniz kimi, əməkdaşlarımız həm yağışdan əvvəl, həm də yağış zamanı böyük işlər görüblər və hazırda da bu işlər davam edir. Bu işlər yalnız yağış zamanı aparılan tədbirlərlə məhdudlaşmır. Çünki bu yağıntıların təsiri hələ uzun müddət özünü göstərəcək.Bakı ətrafında toplanan suların böyük hissəsi şəhərin mərkəzindən keçərək təmizləyici qurğulara yönəlir və bu proses həm daşqın baş verən ərazilərdə, həm də digər məkanlarda müəyyən təsirlər yaradır"


TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər