22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb, KÖMƏK İSTƏDİ

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb, KÖMƏK İSTƏDİ
06.05.2026 21:08

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir.

TodayPress TV xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.

Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qalıb. O, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etdiyini və buna görə atası və əmisi tərəfindən təhdid edildiyini deyib: “A.Qasımlı mənim köhnə e-mail hesablarımı, yazışmalarımı və sair şəxsi video və şəkillərimi qanunsuz şəkildə əldə edərək əleyhimə sübut istifadə etməyə çalışır. Eyni zamanda atam da məni dəlixanaya saldırmaq üçün təhdidlər edir”.

N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib. O, videonu paylaşdıqdan sonra başına hər hansı hadisə gələcəyi adını çəkdiyi yaxınlarının məsuliyyət daşımalı olduğunu əlavə edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib.

Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Bütün Xəbərlər