214 kriminal qrup necə zərərsizləşdirildi? DETALLAR

214 kriminal qrup necə zərərsizləşdirildi? DETALLAR
13.04.2026 17:35

"Ötən illə müqayisədə 2024-cü ildə törədilən cinayətlərin və ümumi qeydiyyata alınan cinayətlərin sayında azalma müşahidə olunur. Belə ki, 31 852 cinayət rəsmi şəkildə qeydə alınıb və onların 93,5 faizinin açılması təmin edilib".

Bu sözləri TodayPress TV-yə danışan kriminalist Şəmsəddin Əliyev deyib. 


Onun sözlərinə görə, ümumilikdə odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayında 44,1 faiz azalma qeydə alınıb:

"Məlumat üçün bildirirəm ki, ağır və xüsusilə ağır cinayətlər törədən 1033 nəfər müəyyən edilərək tutulub, 214 kriminal qrup zərərsizləşdirilib, qrup halında törədilən cinayətlərin ümumi sayı isə 8,9 faiz azalıb. Eyni zamanda, ailə münaqişəsi zəminində törədilən cinayətlər 3,1 faiz, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər isə 17,5 faiz azalıb".

Kriminalist əlavə edib ki, bütün bu nəticələr Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi siyasətin, həmçinin bu siyasətin icrasında nümayiş etdirilən prinsipiallıq və peşəkarlığın nəticəsidir:

"2024-cü ildə ölkə üzrə ümumi cinayət faktlarının sayı təxminən 34 000 olduğu halda, 2025-ci ildə bu göstərici 31 834 təşkil edib. 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan bir sıra Avropa ölkələri ilə müqayisədə aşağı göstəricilərə malikdir. Avropada bu göstərici bəzi ölkələrdə daha yüksəkdir, məsələn Finlandiya, Almaniya və Fransa kimi dövlətlərdə".

Ekspert hesab edir ki, kriminogen durum nəzarət altındadır. Tarixən dövlət və cəmiyyətlərin mövcud olduğu bütün dövrlərdə cinayətkarlıq da olub və onun tamamilə aradan qaldırılması mümkün deyil. Lakin profilaktik, maarifləndirici və operativ tədbirlər nəticəsində cinayətlərin azalmasına nail olmaq mümkündür. Bu baxımdan Azərbaycan bu sahədə müsbət nəticələr əldə edən ölkələrdən biridir.

O vurğulayıb ki, Birinci Qarabağ müharibəsindən sonra və işğaldan azad olunan ərazilərlə sərhəd bölgələrdə, eləcə də İkinci Qarabağ müharibəsindən sonra müəyyən dövrlərdə vətəndaşlarda odlu silahlara marağın artması müşahidə olunub:

"Bu səbəbdən Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz silahların təhvil verilməsi ilə bağlı tədbirlər həyata keçirilib və hətta könüllü təhvil verən şəxslər cinayət məsuliyyətindən azad olunublar.

Hər il hesabat dövründə vətəndaşlar tərəfindən qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddələrin və hərbi sursatların polis orqanlarına könüllü təhvil verilməsi halları qeydə alınır. Bu proses davam edir və qeyd olunan faktlarla mən də razıyam", - deyə Şəmsəddin Əliyev bildirib.

Qeyd edək ki, Türkiyədə 100 nəfərə təxminən 16-17 silah düşür. Ümumilikdə 35-40 milyon silah var, onların 90%-i qeyri-qanunidir. Rusiyada 100 nəfərə 12, Ermənistanda isə 100 nəfərə 6 silah təsadüf edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 Bütün Xəbərlər