18 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA

18 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA
21.01.2026 10:46

Azərbaycan ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, Lerikdə qarın hündürlüyü 116 sm-ə çatıb.

TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 10:00-a olan məlumatına əsasən ölkənin əksər yerlərində sulu qar, qar yağır.

Yağan qarın hündürlüyü Lerikdə 116, Astaranın dağlıq ərazilərində 70, Yardımlıda 49, Əlibəy (Zaqatala) və Kəlbəcərdə 42, Şahbuzda 32, Sarıbaşda (Qax) 28, Şuşada 27, Kişçayda (Şəki) 24, Xızıda 22, Xankəndi və Qrızda 20, Xaltanda 18, Cəlilabadda 16, Laçın və Qubadlıda 15, Lazada (Qusar) 15, Şamaxı və Şirvanda 13, İvanovka (İsmayıllı) və Xınalıqda 12, Xocalı, Qobustan və Şərurda 10, Şahdağ və Biləsuvarda 9, Quba və Gədəbəydə 8, Füzuli və Oğuzda 7, İmişli və Naxçıvanda 6, Daşkəsən, Qəbələ və Sədərəkdə 5, Tərtər, Ağdam və Göyçayda 3, Ceyrançöldə 2, Ordubad, Ağsu, Bərdə və Naftalanda 1 sm-dir.

Düşən yağıntının miqdarı Beyləqan və Lənkəranda 24, Bakıda və Abşeron yarımadasında 15, Sabirabadda 13, Astarada 12, Kürdəmirdə 9, Tovuz, Zərdab və Mingəçevirdə 6, Balakən və Yevlaxda 5, Gəncə və Şəmkirdə 4, Ağstafa və Neftçalada 3, Şabranda 2, Göygöldə 1 mm-dir.

Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 2, Naxçıvan MR-da 15, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində yanvarın 21-i gündüzdən hava şəraitinin mülayimləşəcəyi, 22-25-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi 14:30 Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi 14:32 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi 10:03 Bütün Xəbərlər