Rusiyadakı azərbaycanlılar ölkədən köçür? – Moskvanın qorxunc qisas planı

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? – Moskvanın qorxunc qisas planı
30.06.2026 09:47

Moskvanın intensiv dron hücumlarına məruz qalması Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtması ehtimalını yenidən gündəmə gətirib. Eyni zamanda, Rusiyada yanacaqla bağlı problemlərin yarandığı, iri şəhərlərdə benzin növbələrinin müşahidə olunduğu bildirilir. Bu vəziyyət orada yaşayan insanlar üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından müəyyən narahatlıqlar yaradır.

Bütün bu baş verənlər azərbaycanlıların vətənə qayıtmasına səbəb ola bilərmi?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, müharibə şəraiti insanların gündəlik həyatına müəyyən təsirlər göstərir:

“Ancaq hesab edirəm ki, hazırkı mərhələdə Rusiyada vəziyyət o həddə çatmayıb ki, insanlar kütləvi təşviş yaşasın, yaşadıqları əraziləri tərk etməyə və ya məcburi köçkünə çevrilməyə məcbur olsunlar. Burada söhbət təkcə Rusiyanın geniş əraziyə malik olmasından getmir. Sadəcə, hazırda müşahidə etdiyimiz odur ki, Qərbin dəstəyi fonunda Ukrayna Rusiya ərazisinə daha intensiv dron hücumları həyata keçirir. Bu strategiyanın əsas məqsədlərindən biri, məncə, Moskvanı danışıqlar masasına daha əlverişsiz mövqedən gətirməkdir. Kiyev öz maraqlarını müdafiə edir, eyni zamanda Qərb dövlətləri də istəyirlər ki, mümkün sülh danışıqları başlanacağı təqdirdə Ukraynanın mövqeyi daha güclü olsun”.

Rusiyada yaşayan azərbaycanlılara gəldikdə isə, politoloq onlar üçün hazırda kütləvi xarakter daşıyan ciddi təhlükənin mövcud olmadığını düşünür:

“Əlbəttə, hər hansı şəhərə və ya yaşayış məntəqəsinə hücum edilirsə, həmin ərazidə yaşayan bütün insanlar kimi azərbaycanlılar da risk altındadırlar. Dağıntılar, müəssisələrin fəaliyyətinin dayanması, enerji və yanacaq infrastrukturuna zərbələr insanların həyatına təsir göstərir.


Tofiq Abbasov

Lakin bu təsirlərin hələlik insanların kütləvi şəkildə yaşayış yerlərini tərk etməsinə səbəb olacaq səviyyəyə çatdığını düşünmürəm. Müasir müharibələrin xarakteri də fərqlidir. Daha çox hava hücumları, dronlar və raket zərbələri ön plana çıxır. Bu hücumlar ciddi təhlükə yaratsa da, klassik cəbhə döyüşlərində olduğu kimi genişmiqyaslı əhali köçünə səbəb olmur. Hazırda Rusiyada hakimiyyət tərəfindən kütləvi təxliyələrin həyata keçirildiyini də müşahidə etmirik. Məhz buna görə də Rusiyada yaşayan azərbaycanlılar vəziyyətin çətinləşdiyini qəbul etsələr də, bunun daimi və geri dönməz bir proses olmadığını düşünürlər. Ümid etmək olar ki, yaxın perspektivdə vəziyyət sabitləşəcək və sülh danışıqları nə qədər tez başlasa, insanlar da bir o qədər tez normal həyatlarına qayıda biləcəklər”.

Tofiq Abbasovun sözlərinə görə, narahatlıq doğuran başqa məqamlar da var:

“Son dövrlərdə Rusiyada bəzi siyasətçilər və ideoloqlar nüvə silahından istifadə ehtimalını açıq şəkildə gündəmə gətirirlər. Onlar hesab edirlər ki, Qərbin Ukraynaya verdiyi dəstək artıq Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır və buna daha sərt cavab verilməlidir. Lakin hesab edirəm ki, nüvə silahından istifadə məsələsinin gündəmə gətirilməsi nə siyasi, nə də mənəvi baxımdan doğru yanaşmadır. Belə bir addım qarşılıqlı eskalasiyanı sürətləndirə və son dərəcə ağır nəticələrə səbəb ola bilər. Doğrudur, Avropadakı nüvə imkanları da fərqlidir. Böyük Britaniya və Fransa nüvə dövlətləridir, Almaniya isə nüvə silahına malik deyil. Bununla belə, nüvə silahından istifadə ilə bağlı qərarlar son dərəcə mürəkkəb siyasi, eləcə də hərbi prosedurlardan keçir və bu cür qərarlar asanlıqla qəbul edilmir. Ümumilikdə hesab edirəm ki, bütün tərəflər üçün ən düzgün çıxış yolu sülh danışıqlarının bərpasıdır. Münaqişənin hərbi yolla həlli getdikcə daha ağır nəticələr doğurur. Danışıqlar nə qədər tez başlasa, regionda sabitliyin bərpası və insanların normal həyatına qayıtması ehtimalı da bir o qədər yüksək olacaq”.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
"WhatsApp"da böyük yenilik: Telefon nömrəsini gizlədən funksiya gəlir 11:31 Azərbaycanlı pilot bıçaqla Sovet təyyarəsini Çinə qaçırdı 11:27 Rusiya yeni cəbhələr açır: Putin açıqladı 11:26 Xulio Ensiso Paraqvay millisinin tarixinə düşdü 11:17 Milli Məclisin iclası başladı: Bu məsələlər müzakirə olunacaq 11:08 Ukrayna Rusiyanın 12 rayonunu eyni anda vurdu: Bir gecədə 400-dən artıq dron... 11:04 Bu müəllimlər sertifikasiyaya cəlb edilməyəcək 10:50 “Dostlarla görüşəndə “nemetski şot” edirik” – Elmar Məmmədyarov 10:47 Hansı müəllimlər 1500-2000 manat maaş alır? Nazir rəsmi rəqəmləri açıqladı 10:39 General itkin düşmüş şəxslərin sayını açıqladı 10:36 Bu ölkə milyonlarla işçi axtarır – Azərbaycanlılar üçün həlledici ŞƏRT 10:28 Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək 10:19 İtkin düşmüş şəxslərə həsr olunan beynəlxalq konfrans keçirilir 10:13 Tələbələrin NƏZƏRİNƏ! Yerdəyişmə üzrə sənəd qəbuluna başlanılır 10:09 Azərbaycanlı tələbə Rusiyanın hava hücumu nəticəsində həlak oldu 09:57 Rusiyadakı azərbaycanlılar ölkədən köçür? – Moskvanın qorxunc qisas planı 09:47 Dünya neft bazarlarında eniş davam edir 09:40 DÇ-2026: Paraqvay Almaniyanı mübarizədən kənarlaşdırdı 09:35 Qlobal fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı 09:21 Texnologiya tarixinin ən qəribə smartfonları açıqlandı 09:12 40 il sonra sirr açıldı: Antarktidada tapılan fosilin dinozavra aid olduğu məlum oldu 08:57 Trampın xüsusi nümayəndəsi Dohaya yollandı: ABŞ-İran danışıqları baş tutacaq? 08:47 Moskva yenidən dron hədəfində: Paytaxt istiqamətində PUA-lar uçur - VİDEO 08:30 DÇ-2026: Mərakeş Niderlandı məğlub etdi 08:20 Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA 22:34 Bütün Xəbərlər