İcma dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür etdi

İcma dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür etdi
22.06.2025 20:30

Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Qeyd olunub ki, sözügedən sənədlərdə İƏT üzv dövlətləri Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı törədilmiş deportasiya, onların mədəni irsinin dağıdılması və İcmanın qayıdış hüququnun inkar olunmasını qınayır. Üzv dövlətlər Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışına birmənalı dəstək ifadə edirlər. “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbulu ilə Qərbi Azərbaycan məsələsi İƏT-in gündəliyində əsas mövzulardan biri kimi təsbit olunmuş və İƏT icra strukturlarına bu mövzu ilə münzəzəm əsasda məşğul olmaq tapşırığı verilmişdir.

Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ötən il İƏT Bancul Zirvə görüşündə Qərbi Azərbaycan mövzusunda qəbul edilmiş qərardan sonra, İƏT Nazirlər Şurasının sözügedən qərarları qəbul etməsi təşkilatın bu məsələdə ardıcıl və prinsipial yanaşma tutduğunu göstərir.

Qərbi Azərbaycan İcması sözügedən qərarların beynəlxalq hüququn və insan hüquqlarının aliliyinin, bölgədə sülh, barışıq və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə inanır. İcma İƏT Nazirlər Şurasının bu qərarlarını ürəkdən alqışlayır və bu qərarların qəbul edilməsinə görə İƏT üzv dövlətlərinə təşəkkür edir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Bütün Xəbərlər