Çinli alim: “Dünyada münaqişə ocaqları artır"

Çinli alim: “Dünyada münaqişə ocaqları artır"
05.11.2025 13:12
“Təhlükəsizlik böhranı və genişmiqyaslı münaqişələr dünyanın müxtəlif regionlarında alovlanıb”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunda postdoktor tədqiqatçı, Lanzhou Universitetinin Özbəkistan Araşdırmaları Mərkəzinin direktor müavini, dosent, doktor Lyan Çenpenq “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.

O, Rusiya–Ukrayna müharibəsindən misal çəkərək bildirib ki, bu, XXI əsrdə Avropada baş verən ən böyük konvensional silahlı qarşıdurmadır. Bu münaqişə təkcə regional sabitliyə deyil, həm də qlobal səviyyədə nüvə güclərinin təhlükəsizliyinə ciddi təsir göstərir. 

Alim bildirib ki, dünyada münaqişə ocaqları artmaqda davam edir:

“2023-cü ilin oktyabrından başlayaraq Fələstin–İsrail qarşıdurmasının yeni mərhələsi başlayıb. Bu münaqişə həm insan itkilərinin miqyası, həm də təsir dairəsinin uzunmüddətliliyi baxımından bütün gözləntiləri aşıb. Bu hadisələr göstərir ki, müasir təhlükəsizlik sistemi yeni yanaşmalara ehtiyac duyur”.

Lyan Çenpenq əlavə edib ki, transmilli və qeyri-ənənəvi təhlükəsizlik riskləri sürətlə artır:

“Qloballaşma nəticəsində ölkələr arasında istehsal amillərinin hərəkəti intensivləşib, qlobal dəyər zəncirləri formalaşıb. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bir-birinə daha sıx bağlanıb. Lakin bu dərin inteqrasiya eyni zamanda yeni sosial və iqtisadi bərabərsizliklər doğurur”.

O, sosial gərginliklərin artmasının təhlükəli nəticələrə gətirib çıxardığını qeyd edib:

“Bəzi cəmiyyətlərdə miqrasiya proseslərinə qarşı müqavimət və yadfobiya güclənib. Maraqları zərər görən sosial qruplar populizm və radikalizmin təsiri altına düşür. Sağçı populizm, solçu radikalizm və dini ekstremizm kimi ideoloji meyllər regionların sabitliyinə real təhlükə yaradır”.

Çinli alim vurğulayıb ki, bu çağırışlar dövlətlərin suverenliyə baxışını yenidən formalaşdırır:

“Suverenlik artıq yalnız ərazi nəzarəti ilə ölçülmür. Qloballaşan dünyada dövlətlər həm informasiya, həm iqtisadi, həm də ideoloji suverenliyini qorumaq üçün yeni mexanizmlər formalaşdırmalıdır. Əks halda, qeyri-ənənəvi təhlükələr ənənəvi təhlükələrdən daha dağıdıcı ola bilər”.

Qiymət Mahir
XƏBƏR LENTİ
31 IYUL 2026
Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Bütün Xəbərlər