Qarabağ Universitetində I Qarabağ Təhsil Forumu öz işinə başladı

Qarabağ Universitetində I Qarabağ Təhsil Forumu öz işinə başladı
25.04.2026 22:20

25 aprel 2026-cı il tarixində Qarabağ Universitetndə I Qarabağ Təhsil Forumu öz işinə başlayıb.

Bu barədə TodayPress TV-yə Qarabağ Universitetinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, forumun əsas məqsədi təhsilimizin əsas perspektivlərini müzakirə edib, gələcəyin vətəndaşını yetişdirmək uğrunda orta və ali məktəblərin bir-birinə inteqrasiyasını təmin etməkdir.

Pedaqoji fakültənin təşəbbüsü ilə təşkil olunan forumun açılış mərasimində universitetin rektoru Şahin Bayramov çıxış edib. Rektor regionda təhsil subyektlərinin bir araya gələrək təhsilin gələcəyini müzakirə etməsini mühüm strateji addım kimi qiymətləndirib. Ş. Bayramov ali və ümumtəhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin gələcəyin müəllim kadrlarının hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, ölkənin aparıcı təhsil ekspertlərinin iştirak etdiyi bu forum Qarabağda mütərəqqi təhsil ənənələrinin bərpası və tədris prosesinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması baxımından önəmlidir.

Forumun açılışında çıxış edən Azərbaycan Respublikasının Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev tədbirin məhz Qarabağ Universitetində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O qeyd edib ki, region üçün gələcəyin mütəxəssislərinin hazırlandığı bu ali təhsil müəssisəsi aparıcı ümumtəhsil məktəbləri ilə sıx əməkdaşlıq edir və təhsil sahəsində innovasiyaların tətbiqinə töhfə verir.

Daha sonra Universitetin Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova çıxış edərək iştirakçıları forumun proqramı ilə tanış edib. Dekan diqqətə çatdırıb ki, panel müzakirələrində qaldırılan məsələlər ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir və təhsil müəssisələri ilə tədqiqat institutları arasında əməkdaşlığın inkişafı mühüm əhəmiyyət kəsb edir.

Forum çərçivəsində iki panel müzakirəsi təşkil olunub. “Təhsilin keyfiyyətinin artırılması” mövzusuna həsr olunan birinci paneldə müxtəlif təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri çıxış ediblər. “Sabah üçün gərək olan vacib bacarıqlar” adlı ikinci paneldə isə gələcəyin təhsil trendləri və zəruri kompetensiyalar ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirələri Abdulxaliq Məmmədli və Amin Hüseynov tərəfindən moderatorluq edilib və iştirakçıların sualları cavablandırılıb.

Forum öz işini seminar sessiyaları və ustad dərsləri ilə davam etdirib. Seminar məşğələlərində yerli və beynəlxalq təhsil mütəxəssisləri tərəfindən müxtəlif mövzularda təqdimatlar keçirilib.

Qeyd edək ki, I Qarabağ Təhsil Forumunda Şuşa, Ağdam, Xankəndi və Xocalı şəhərlərindən olan məktəblərin aparıcı müəllimləri iştirak ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər