Növbəti il təhsil xərclərinə 5 milyard manatdan çox vəsait ayrılması planlaşdırılır

Növbəti il təhsil xərclərinə 5 milyard manatdan çox vəsait ayrılması planlaşdırılır
23.10.2025 15:39

Növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2414,8 milyon manatı və ya 48,1 faizi ümumi təhsil xərclərinə, 796,1 milyon manatı və ya 15,9 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 468,2 milyon manatı və ya 9,3 faizi məktəbəqədər təhsil xərclərinə, 94,2 milyon manatı və ya 1,9 faizi orta ixtisas təhsili xərclərinə, 105,5 milyon manatı və ya 2,1 faizi peşə təhsili xərclərinə, 97,1 milyon manatı və ya 1,9 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,2 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1011,8 milyon manatı və ya 20,2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub.

2025-ci illə müqayisədə ümumi təhsil xərcləri 67,3 milyon manat və ya 2,9 faiz, məktəbəqədər təhsil xərcləri 0,7 milyon manat və ya 0,2 faiz, peşə təhsili xərcləri 23,2 milyon manat və ya 28,3 faiz artımla proqnozlaşdırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Bütün Xəbərlər