Tural Əhmədov: "Bəzi ölkələrin təhsil müəssisələri vətəndaşları aldadır"

Tural Əhmədov: "Bəzi ölkələrin təhsil müəssisələri vətəndaşları aldadır"
26.12.2025 13:27 Elm və Təhsil

Bəzi ölkələrin təhsil müəssisələri vətəndaşları aldadır.

TodayPress TV xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, xarici ölkələrin universitetlərinə attestatla qəbul olunan, heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslər sonradan problemlə üzləşirlər:

"Həmin şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir. Onların bir qismi nə təhsil aldığı ali məktəbin tədris dili, nə də ixtisasının tam adını düzgün şəkildə ifadə edə bilir. Türkiyədə, eləcə də ona yaxın coğrafiyada - Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə attestatla qəbul həyata keçirən ali təhsil müəssisələri mövcuddur. Bu, mərkəzləşdirilmiş imtahanlarda uğur qazanmayan vətəndaşlarımız üçün müəyyən imkanlar yaradır. Lakin bu universitetlərin diplomlarının hamısının birmənalı şəkildə tanınıb-tanınmadığını deyə bilmərik".

Agentlik sədri həmçinin bildirib ki, qanunvericilikdə attestatla qəbul olunan şəxsin diplomunun tanınmaması ilə bağlı konkret müddəa yoxdur:

"Burada əsas və birinci şərt ali təhsil müəssisəsinin akkreditasiyadan keçmiş olmasıdır. Hətta ABŞ-da belə ali təhsil anlayışına daxil olmayan, lakin fəaliyyət göstərən qurumlar mövcuddur. Bu qurumların adlarında "ali təhsil" ifadəsi yer almır və akkreditasiyadan keçmək məcburiyyətində deyillər. Təəssüf ki, bəzi ölkələrdə, xüsusilə də inkişaf etmiş dövlətlərdə belə tərəfdaşlıq adı altında vətəndaşları aldadan qurumlara rast gəlinir. Bu qurumlar əslində universitet statusuna malik deyillər".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər