Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?

Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?
14.11.2025 16:42

"Azərbaycan təhsilində tətbiqi nəzərdə tutulan yeni model - müəllimlərin əmək haqqının dərs yükünə deyil, iş saatına əsasən hesablanması bəzi praktiki boşluqlar yaradacaq".

Bunu təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, yeni model beynəlxalq təcrübəyə uyğundur və Türkiyə də daxil olmaqla bir çox ölkələrdə analoji sistem tətbiq olunur. Əsas dəyişiklik müəllimin maaşının artıq 12, 18 və ya 24 saatlıq dərs yükünə deyil, tam iş saatına görə hesablanmasıdır:

"Bu model müəllimlərin məktəbdə daha çox vaxt keçirməsinə, şagirdlərlə fərdi işlərin, əvəzləmələrin və sosial fəaliyyətlərin səmərəli təşkilinə şərait yaradacaq. Əgər müəllim saat 5-ə qədər məktəbdə olacaqsa, o zaman dərsə girməyən fənn müəllimi başqa fənnin müəllimi ilə əvəz edilməyəcək. Bu, şagirdin xeyrinədir".

Ekspert əlavə edib ki, sinif rəhbərləri də zəif şagirdlərlə məktəbdən sonra məşğələ keçmək imkanı qazanacaq.

O bildirib ki, hazırkı sistemdə məktəb direktoru hər gün 8-dən 6-ya qədər işdə olur, amma müəllim həftənin üç günü dərsini yığıb digər günlər rahat şəkildə istirahət edə bilir:

"Direktor 1000 manat alır, müəllim 800 manat. Amma direktor hər gün işdədir, müəllim isə yalnız dərs saatında gəlir. Bu anormallıq aradan qalxmalıdır. Yeni modeldə əsas problem standart maaşa görə müəllimlərin daha az dərs götürmək istəməsi ola bilər. Əvvəllər müəllim çox dərs götürmək üçün can atırdı. İndi isə standart maaş olduğu üçün çalışacaq ki, daha az dərsə girsin. Bu, real təhlükədir".

Ramin Nurəliyev əlavə dərs saatlarına görə ayrı hesablanmış ekstra ödənişin tətbiqini vacib sayır:

"Məsələn, 20 saat baza maaşına uyğun hesablanırsa, əlavə 5-6 saat dərs üçün ayrıca ödəniş olmalıdır. Müəllimin məktəbdə qalması əmək haqqının artırılmasını şərtləndirir. Müəllimin günün böyük hissəsini məktəbdə keçirməsi əmək haqqının artırılmasını zəruri edir. Əgər müəllim saat 5-ə, 6-ya qədər məktəbdə qalacaqsa, maaşların tənzimlənməsi qaçılmazdır. Nazirliyin bu istiqamətdə mexanizm hazırladığı qənaətindəyəm", - deyə o fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Bütün Xəbərlər