Bakıdakı məşhur universitet bağlanır?

Bakıdakı məşhur universitet bağlanır?
22.07.2026 18:30

Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.

Elm və Təhsil Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.

Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Proqram akkreditasiyası üzrə "İbtidai sinif müəllimliyi" ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.

"Məktəbəqədər təhsil" ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da "uyğun deyil" nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.

Qeyd edək ki, Akkreditasiya Şurasının qərarlarından sonra akkreditasiya olunmuş ali təhsil müəssisələri və təhsil proqramları üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrasını təmin etmək məqsədilə fəaliyyət planları hazırlanacaq və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdırılacaq.

Akkreditasiya prosesi ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, dövlət təhsil standartlarına uyğunluğun təmin edilməsinə və ali təhsil sistemində davamlı inkişafın dəstəklənməsinə xidmət edir.

XƏBƏR LENTİ
22 IYUL 2026
İran dronlarının yaxınlaşması Ərbildə həyəcan yaratdı - VİDEO 23:43 NTV-də mühüm kadr dəyişikliyi: Vəzifəyə o gətirildi - FOTO 23:25 Asiyanın gələcəyini müzakirə edəcəklər – Bakı kritik görüşə ev sahibliyi edəcək 23:08 “Biz edə bilmiriksə, heç kəs edə bilməz” - Qalibaf 22:39 İran bu ölkələri vurmaqla hədələdi - “Heç kim kənarda qalmayacaq” 22:46 Ukraynada yeni baş komandan artıq iş başındadır 22:35 Putinin çevrəsində baş verir? - Zelenski elə şeylər dedi ki… 22:16 Xalq artisti İsraildə dəfn olundu 22:06 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo"ya məğlub oldu - VİDEO 20:11 İran Küveytə 4 şərt qoydu - SİYAHI 21:49 Ağdamda alov mina sahəsinə çatdı: Ard-arda partlayışlar başladı - VİDEO 19:07 Trampın elçiləri Zelenski ilə görüşdü - TƏCİLİ 21:05 Epşteynin ehtimal olunan şəriki ölü tapıldı 20:38 Rusiyanın zərbələri Ukraynanın dəniz ticarətinə daha bir zərbə vurdu 20:26 Məxfi məlumatlarla bağlı saziş imzalandı 20:06 “İnstagram” çökdü 19:53 Krasnodar sakinlərinə TƏCİLİ xəbərdarlıq: “Evdən çıxmayın!” 19:48 Tramp: “Bunu heç kim istəmir” 19:39 MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi 19:15 İsrail naziri: “Türkiyə ilə müharibə sabah başlaya bilər” 19:01 Paşinyandan Almaniya kanslerinə təcili zəng - Nə danışıldı? 18:52 ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi 18:37 Bakıdakı məşhur universitet bağlanır? 18:30 Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq! 18:15 Sahibkarlar üçün yeni imkan - QƏRAR VERİLDİ 18:10 Bütün Xəbərlər