AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirildi

AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirildi
21.07.2025 15:25

Azərbaycan Texniki Universitetində (AzTU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib.

TodayPress TV xəbər verir ki, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, AzTU-nun rektoru Vilayət Vəliyev və hər iki tərəfdən aidiyyəti üzrə nümayəndələr iştirak ediblər. 

Məlumat verilib ki, ilkin olaraq layihədə Universitetin iki fakültəsindən ikinci kursda təhsil alan 65 tələbə iştirak edib və 7 istiqamətdə onların qeyri-akademik fəaliyyətləri qiymətləndirilib. Növbəti mərhələdə isə layihəyə cəlb olunmuş tələbələrin fərdi inkişafına dəstək məqsədilə tədbirlər planı hazırlanacaq.  

Qeyd edək ki, dünyanın 10-dan artıq nüfuzlu universitetinin təcrübəsi əsasında hazırlanan “Kadr indeksi”nin məqsədi tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəriciləri ölçmək, səriştələrarası balansı qiymətləndirmək və tələbələrin fərdi inkişafına yönəlik sistemli yanaşmanı formalaşdırmaqdır.

Gələcəkdə layihənin genişləndirilərək AzTU-nun digər fakültələrində də həyata keçirilməsi nəzərdə tutulur.

FOTOLAR

AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirildi — 1
AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirildi — 2
AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirildi — 3
AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirildi — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər