Qabiliyyət imtahanlarına qeydiyyat başlanır

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20.05.2025 10:26 Elm və Təhsil

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək təsviri sənət, musiqi sənəti, idman, teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinə aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar nəşr olunan qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq.

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.

“Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir. Bildirilib ki, qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər.

Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək Azərbaycan dili imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar. Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 28-dək

DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər.

Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların qeyd olunan tarixdən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar.

Daha sonra subbakalavrlar 30 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər.

Yəni onlar əvvəlcə “Subbakalavrın elektron ərizə”sini təsdiq edib sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər