Agentlik xarici ölkələrdə təhsil alan tələbələrə müraciət etdi

Agentlik xarici ölkələrdə təhsil alan tələbələrə müraciət etdi
21.07.2025 16:15

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciə edib.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Bildiyiniz kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar - https://e-qanun.az/framework/54957) əsasında həyata keçirilir.

Araşdırmalarımız göstərir ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır. Bu barədə təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamlar) Agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşılır (ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz).

https://shorturl.at/jjko9

https://shorturl.at/0lg80

https://shorturl.at/HKCl3

https://shorturl.at/hV6Bz

Eyni zamanda qeyd edək ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə, müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmağı tövsiyə edirik (DİM imtahan nəticələri ilə bağlı keçidlər aşağıda verilmişdir).

https://shorturl.at/ZNigq

https://shorturl.at/jvyRL

https://shorturl.at/3hsa0

https://shorturl.at/JmBIS

Bildiririk ki, xarici ölkələrdə təhsil aldığınız müddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarım bəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyaların tanınması istiqamətində ilkin şərtləri ehtiva edir. Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisində tanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativ müddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddəti ərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdə iştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldə edilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınması mümkünsüzdür.

Əlavə olaraq, sizləri son zamanlar sosial şəbəkələr, internet və media resursları vasitəsilə təhsil şirkətləri tərəfindən reklam olunan təhsil müəssisələrinə “asan üsullarla” qəbul olunma ilə bağlı ehtiyatlı olmağa, müvafiq təhsil müəssisələrindən əldə olunan xarici kvalifikasiyaların ölkə ərazisində mütləq tanınması ilə bağlı vədlərə inanmamağa çağırırıq.

TKTA olaraq xarici təhsil müəssisələri haqqında səhih və ətraflı məlumat əldə etdikdən, yuxarıda qeyd olunan məqamları nəzərdən keçirdikdən sonra seçim etməyinizi xahiş edirik.

Yekunda təkrar qeyd etmək istərdik ki, xarici kavalifikasiyaların ölkə ərazisində tanınması üçün Qaydaların 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir".

XƏBƏR LENTİ
05 AVQUST 2026
ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Bütün Xəbərlər