Üzeyir Hacıbəyli və Mikaloyus Konstantinas Çyurlyonisin xatirəsinə həsr olunmuş konsert baş tutdu

Üzeyir Hacıbəyli və Mikaloyus Konstantinas Çyurlyonisin xatirəsinə həsr olunmuş konsert baş tutdu
11.10.2025 01:21 Mədəniyyət

Bakıda Azərbaycannın və Litvanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli və Mikaloyus Konstantinas Çyurlyonisin xatirəsinə həsr olunmuş konsert keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Litvanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Açılış mərasimində Litvanın Bakıdakı səfiri Kyastutis Vaşkeleviçyus salamlama nitqi ilə çıxış edərək musiqinin ölkələr arasında mədəni əlaqələri necə gücləndirə biləcəyinin şahidi olacaqlarını vurğulayıb:

"Mədəni mübadilə təkcə notlar və melodiyalar deyil, həm də insanları anlamaq üçün bir yoldur. Musiqisi və rəssamlığı Avropa modernizmi üçün yeni üfüqlər açan Mikaloyus Konstantinas Çyurlyonis və Azərbaycan klassik musiqisinin atası, musiqiləri ölkənin səsi olan Üzeyir Hacıbəyli tarixdə dərin iz buraxıblar. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin təşəbbüsü ilə 2008-ci ildə Litva və Azərbaycanın milli filarmoniyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb, o vaxtdan etibarən ölkələrimiz demək olar hər il fəal şəkildə musiqiçi mübadiləsi aparır və birgə konsertlər təşkil edirlər".

Öz növbəsində Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli ölkələr arasında humanitar əlaqələrin möhkəmlənməsinə, musiqi ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verən bu cür mədəni tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb:

"Üzeyir Hacıbəyli və Mikaloyus Konstantinas Çyurlyonisin əsərləri Azərbaycan və Litvanın milli musiqi məktəblərinin bünövrəsi olub, öz xalqlarının bəstəkarlıq fikrinin inkişafına və mədəni kimliyinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Belə konsertlər hər iki xalqın mənəvi mədəniyyətinin daha yaxşı başa düşülməsinə xidmət edir".

Qeyd edək ki, litvalı Vilmantas Kalyunasın dirijorluğu ilə keçən konsertdə ifaları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri həyata keçirib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər