“Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olundu

“Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olundu
21.08.2025 11:07 Mədəniyyət

Qərbi Azərbaycanın qədim irsini əks etdirən “Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olunub.

TodayPress TV xəbər verir ki, “İnnovativ Təşəbbüslər” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qərbi Azərbaycanın qədim irsi – Qoçdaş və Atdaş abidələri” layihəsi çərçivəsində hazırlanmış fotojurnalın təqdimat mərasimini keçirib.

Tədbirdə tanınmış alimlər, tarixçilər, mədəni irs üzrə mütəxəssislər və ictimai fəallar iştirak edib.

Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Əşrəf Əhmədov açıq elan edərək fotojurnalın hazırlanma prosesi, onun elmi, tarixi və ictimai əhəmiyyəti barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, qoçdaş və atdaş abidələri yalnız qəbirüstü daş heykəllər deyil, həm də qədim türk dünyagörüşünün, qəhrəmanlıq fəlsəfəsinin və milli-mədəni kimliyin daşıyıcılarıdır.

Tədbirdə çıxış edən tarixçi alim Rizvan Hüseynov vurğulamışdır ki, fotojurnal Qərbi Azərbaycanda əsrlər boyu mövcud olmuş, lakin işğal dövründə dağıdılmış və saxtalaşdırılmış abidələrin sənədləşdirilməsi, tarixi yaddaşda qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mənbədir.

Fotojurnalın əsas məqsədləri:

Elmi ictimaiyyət üçün vizual mənbə yaratmaq,

Mədəni irsin qorunması istiqamətində çağırış etmək,

Gənc nəsildə milli şüur və tarixi yaddaşın gücləndirilməsinə xidmət etmək,

Abidələrin beynəlxalq səviyyədə tanıdılması və hüquqi müdafiəsini təmin etmək. Bu baxımdan, fotojurnal UNESCO və digər beynəlxalq təşkilatlar üçün təqdimat xarakteri daşıyır. Azərbaycan bu abidələrin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış etməli, qoçdaş və atdaş daş heykəlləri yalnız regional deyil, ümumtürk mədəniyyətinin və bəşəri irsin bir hissəsi kimi tanıdılmalıdır.

Təqdim olunan materiallar göstərir ki, qoçdaş və atdaş abidələri təkcə bir xalqın deyil, bütöv türk sivilizasiyasının daş yaddaşı və bəşəri irsin bir hissəsidir.

Həmçinin bu fotojurnal yalnız tarixi irsin bərpası və təbliği üçün deyil, həm də Azərbaycanın beynəlxalq mədəniyyət məkanında təmsilçiliyinin gücləndirilməsi üçün mühüm addımdır.

FOTOLAR

“Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olundu — 1
“Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olundu — 2
“Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olundu — 3
“Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olundu — 4
“Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olundu — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər