Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət etdi

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət etdi
25.06.2025 12:18 Mədəniyyət

Xorvatiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti iyunun 24-də Zaqreb Milli və Universitet Kitabxanasını (NSK) ziyarət edib. 

TodayPress TV xəbər verir ki, nümayəndə heyətinə kitabxananın tarixi, fondları, nəşrlərin saxlanma şəraiti, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. 

Kitabxananın rəhbərliyi ilə görüşdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu elm ocağının fəaliyyətini və göstərilən xidmətin səviyyəsini yüksək qiymətləndirib. Söhbət zamanı Azərbaycan Milli Kitabxanası ilə Zaqreb Milli və Universitet Kitabxanası arasında əməkdaşlıq müqaviləsinin imzalanması, təcrübə və kitab mübadiləsi, fondların rəqəmsallaşdırılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Nazir müavini Azərbaycan tərəfinin iki ölkənin aparıcı kitabxanaları arasında əlaqələrin inkişafında, mədəni mübadilənin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

FOTOLAR

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət etdi — 1
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət etdi — 2
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət etdi — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər