Keniyada 2,6 milyon illik daş alətlər tapıldı

Keniyada 2,6 milyon illik daş alətlər tapıldı
17.08.2025 19:30 Maraqlı

Keniyanın Nyayanga adlı arxeoloji ərazisində alimlər 2,6 milyon il əvvələ aid daş alətlər aşkar ediblər. Kəşf qədim insanabənzərlərin planlama qabiliyyətləri barədə mövcud təsəvvürləri dəyişir.

TodayPress TV xəbər verir ki, bu barədə “Live Science” yazıb.

Alimlərin sözlərinə görə, söhbət xırda tapıntılardan yox, 401 ədəd Olduvay mədəniyyətinə aid alətdən gedir. Onların hazırlanmasında istifadə edilən daşların çoxu həmin ərazidə mövcud deyil və təxminən 10 kilometr uzaqlıqdan gətirilib. Bu isə indiyə qədər mümkün hesab ediləndən təqribən 600 min il daha qədim dövrə təsadüf edir.

Paleontoloq Rik Potts bildirib ki, söhbət təkcə alət düzəltməkdən getmir, həm də resursların qida mənbələrinə məqsədli şəkildə daşınmasından gedir. Müqayisə üçün, müasir şimpanzelər daşları ən çox 2 kilometr məsafəyə daşıya bilirlər və bunu da mərhələli şəkildə həyata keçirirlər. Qədim insanabənzərlərin isə daha mürəkkəb idrak qabiliyyətinə malik olduğu görünür.

Maraqlıdır ki, bu alətlərin dəqiq yaradıcısı hələ müəyyən edilməyib. Tapıntılar "Homo" nümayəndələrinə aid ola biləcəyi kimi, "Paranthropus" növünün də müəllifliyi istisna edilmir. Ərazidə "Paranthropus"a aid edilən qalıqların aşkarlanması isə bu ehtimalı gücləndirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 AVQUST 2026
Buzovnada dənizdən meyit tapıldı 09:19 Sariyevadan böyük uğur! Azərbaycan rekordu yeniləndi 09:09 Yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq 08:55 Azərbaycanlı velosipedçi Çində rəqiblərini geridə qoydu! 09:07 Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO 08:45 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi 08:36 Kiyevdə ballistik raket uşaq xəstəxanasına düşdü - GÖRÜNTÜLƏR 08:32 Bir stəkan limonlu su nəyi dəyişir? Alimlərdən diqqətçəkən açıqlama 00:14 Yağış suyu şəhərləri istidən xilas edə bilər 22:07 Titanla aramızdakı məsafə niyə dəyişir? Alimlər izah etdi 22:26 “Kəsilməz internet” hər gün təxminən 33 dəqiqə kəsilir 22:41 Qarın piylərini azaltmaq istəyənlər qəhvəni belə içməlidir 22:57 Kardioloq ürək üçün ən təhlükəli içkini açıqladı 23:42 31 dekabrdan sonra İraqda nə baş verəcək? SON XƏBƏRDARLIQ 23:17 “İran tamamilə müflis olub” - Hərbçilərə maaş vermirlər? 00:22 Suriyada illərdir gizlədilən nüvə materialları - ABŞ hərəkətə keçdi 00:43 Liviyada neft zavodunda güclü partlayış - VİDEO 00:50 SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNDİ 23:29 İran ABŞ-nin “zəif nöqtəsini” açıqladı - “Bu artıq asılılıqdır” 23:49 İran üçün “son şans” bitdi? Trampdan müəmmalı cavab 23:36 Azərbaycan bu ölkədən neft idxalını artırır 23:22 Rusiya Şimali Koreyadan asılı qaldı - “İlk dəfə təkbaşına müharibə apara bilmir” 23:09 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər - YENİLƏNDİ 20:32 Rusiya bu ölkələrə hücuma hazırlaşır - TƏCİLİ 22:46 Pezeşkianla Xamenei görüşdə nələr danışdılar? 22:33 Bütün Xəbərlər