Gecə yuxuya getməkdə çətinlik çəkənlər üçün üç effektiv üsul

Gecə yuxuya getməkdə çətinlik çəkənlər üçün üç effektiv üsul
21.05.2026 08:00 Maraqlı

Yuxuya getmək prosesində yaşanan çətinliklər günümüzdə ən çox rast gəlinən problemlərdəndir. Belə ki, bir çox insan gecə yarısı qəfil oyanaraq saatlarla yenidən yata bilməməkdən şikayətlənir. Tez bir zamanda yuxuya dalmaq üçün isə üç əsas effektiv vasitə mövcuddur: 4-7-8 nəfəs məşqi, əzələlərin mərhələli şəkildə rahatladılması və vizuallaşdırma.

TodayPress TV xəbər verir ki, bu barədə "gazeta.ru" nəşrinə müsahibəsində Moskva Dövlət Pedaqoji Universitetinin Ekstremal psixologiya fakültəsinin dosenti, psixoloq Azaliya Zinatullina məlumat paylaşıb.

Psixoloqun sözlərinə görə, yuxusuzluqla mübarizədə sınanmış üsullar bədəni dərhal sakitlik rejiminə keçirməyə kömək edir:

1. 4-7-8 nəfəs texnikası

"Dördə qədər sayaraq nəfəs almaq, yeddiyə qədər nəfəsi daxildə saxlamaq və səkkizə qədər saymaqla nəfəsi xaric etmək lazımdır. Burada əsas prinsip nəfəsvermə müddətinin nəfəsalmadan daha uzun olmasını təmin etməkdir. Bu proses sinir sistemini aktiv vəziyyətdən istirahət rejiminə keçirir. Hətta bu alqoritmi unutsanız belə, sadəcə nəfəsalma sürətini azaltmaq və nəfəsverməni uzatmaq kifayətdir.

Eyni zamanda mütəxəssislər nəfəs verərkən 100-dən geriyə saymağı da məsləhət görünürlər. Məsələn, 100-də nəfəs alıb, 99-da vermək və bu minvalla davam etmək olar. Buradakı əsas məqsəd rəqəmləri bitirmək deyil, diqqəti təlaşlı fikirlərdən uzaqlaşdıraraq bədəni boşaltmaqdır".

2. Əzələlərin mərhələli şəkildə sərbəst buraxılması

Mütəxəssis vurğulayıb ki, çox zaman insanlar çənələrini sıxaraq və ya çiyinlərini gərgin saxlayaraq yuxuya getdiklərinin fərqinə varmırlar, bu isə yuxunun keyfiyyətinə ciddi zərər vurur:

"Qaranlıq otaqda uzanarkən nəfəs verdiyiniz zaman əzələlərinizi xüsusi ardıcıllıqla sərbəst buraxın: əvvəlcə üz (göz qapaqları, yanaq sümükləri), ardınca boyun, çiyinlər, qollar, barmaqlar, qarın, budlar və nəhayət ayaqlar. İstəyə görə bu prosesə 'fənər texnikası' da əlavə edilə bilər - daxildən bədənin hər bir rahatlamış hissəsinə doğru yavaş-yavaş yayılan isti və qızılı bir işıq xəyal edə bilərsiniz".

3. Vizuallaşdırma və xoş xatirələr

Narahat düşüncələr gəldikdə, psixoloq diqqəti özünüzü rahat, sakit və tam təhlükəsiz hiss etdiyiniz bir anın xatirəsinə yönəltməyi tövsiyə edir:

"Özünüzü həmin məkanda tam şəkildə təsəvvür etməyə çalışın. Həmçinin yorğana möhkəm sarılmaq da faydalıdır, çünki bu, qoruyucu bir təbəqə hissi yaradaraq oksitosin hormonunun ifrazını stimullaşdırır və insanı sakitləşdirir".

A.Zinatullina gecə yarısı yuxusu qaçanlara bunları qətiyyətlə qadağan edir:

- İşıqları yandırmaq;

- Mobil telefona baxmaq və saatı yoxlamaq;

- Otaqda gəzişmək, nəsə yemək və ya kitab oxumaq.

"Sadalanan fəaliyyətlər oyanıqlıq vəziyyətini daha da artıracaq. Əgər heç cür yuxuya gedə bilmirsinizsə, sadəcə gözlərinizi qapalı saxlayaraq uzanmağa davam edin - bu vəziyyətdə belə orqanizm dincəlir və öz gücünü bərpa edir", - deyə psixoloq fikirlərini yekunlaşdırıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Bütün Xəbərlər