Everestdə ekoloji yenilik: Zibilləri dronlar toplayır

Everestdə ekoloji yenilik: Zibilləri dronlar toplayır
03.07.2025 19:15 Maraqlı

Nepalda dronlar ətraf mühitin qorunmasına xidmət etməyə başlayıb. Artıq pilotsuz uçuş aparatları Everest dağının yamaclarındakı tullantıların toplanmasında istifadə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, son alpinist mövsümündə — aprel-may aylarında Çin istehsalı olan iki böyük DJI dronu 6000 metr hündürlükdə yerləşən ərazidən 280 kiloqramdan çox tullantı toplayıb. Nepallı rəsmilərlə əməkdaşlıq edən “Airlift” adlı şirkət də öz dron modellərini bölgədə sınaqdan keçirib.

Adətən, Everestdə təmizlik işlərini yerli əhali — tibetlilərin nəslindən olan şəxpalar həyata keçirir. Onlar hər biri ortalama 20 kiloqram tullantını öz belində daşıyaraq, dörd saatlıq gəzinti ilə dağdan aşağı endirirlər. Halbuki dronlar bu yolu cəmi altı dəqiqəyə qət edə bilir.

Bununla belə, yüksək dağlıq ərazilərdə seyrək hava və qeyri-sabit hava şəraiti səbəbindən dronların istifadəsi hələlik geniş miqyasda mümkün deyil.

Qeyd edək ki, daha əvvəl Avstraliyanın Sidney şəhərində də tullantıların fərqli üsulla utilizasiyası gündəmə gəlmişdi. Şəhər rəhbərliyi qida tullantılarını qara əsgər milçəklərinin sürfələri vasitəsilə məhv etməyə qərar verib. Yanvar-mart aylarında bu yolla 90 ton tullantı emal olunub.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 AVQUST 2026
Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Xocavənd rayonunda mina partladı, xəsarət alanlar var 18:57 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 İran və ABŞ arasında müzakirələr DAYANIB? – Yüksək rütbəli rəsmi AÇIQLADI 18:15 Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ 18:03 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi 18:08 Zelenski azərbaycanlı hərbçiləri təltif etdi 17:17 Bu ölkə İrana xəbərdarlıq etdi 17:03 İranın Ali Lideri niyə ictimaiyyət qarşısına çıxmır? - AÇIQLANDI 16:29 MÜTDA elektron attestatlarla bağlı narahatlığa aydınlıq gətirdi 16:32 Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 Türkiyədə F-16 qəzaya düşdü - VİDEO 16:41 Slovakiyada böyük güləş savaşı: Azərbaycan mundiala 30 idmançı ilə gedir 16:48 29 ştat "Meta"nı məhkəməyə verdi 16:00 "Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər 15:44 Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 Bütün Xəbərlər