Maliyyə Nazirliyinin nümayəndələri beynəlxalq konfransda iştirak etdi

Maliyyə Nazirliyinin nümayəndələri beynəlxalq konfransda iştirak etdi
19.06.2025 17:44 Maliyyə

İyunun 18-19-da Qırğız Respublikasının Bişkek şəhərində "Dövlət maliyyə idarə edilməsi sahəsində təcrübə mübadiləsi" mövzusunda III beynəlxalq konfrans keçirilib.

TodayPress TV xəbər verir ki, dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsinin təşkili məqsədilə təşkil olunan tədbirdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov və Nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktoru İlham Kərimov iştirak ediblər.

Tədbirdə İlham Kərimov "Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar, xüsusilə nəticə əsaslı büdcə planlaşdırmasına alternativ yanaşma" mövzusunda təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Konfrans çərçivəsində həmçinin nəticəəsaslı büdcənin tətbiqi prosesində büdcə alətlərindən istifadə və büdcə prosesinin rəqəmsallaşdırılması mövzularında müzakirələr aparılıb.

Beynəlxalq konfrans dövlət maliyyə idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması və əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. Tədbir çərçivəsində aparılan müzakirələr iştirakçı ölkələrin büdcə planlaşdırma və idarəetmə sistemlərinin təkmilləşdirilməsinə öz töhfəsini verir.

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər