Əmək haqqının ən yüksək olduğu sahələr açıqlandı

Əmək haqqının ən yüksək olduğu sahələr açıqlandı
16.05.2025 11:30 Maliyyə

2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4171,8 manat, qeyri neft-qaz sektorunda 1025,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1053,1 manat, özəl müəssisələrdə isə 1115,6 manat olub. 

Bu barədə Dövlət Statistika Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, 2025-cü ilin I rübündə orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu sahə mədənçıxarma sənayesi, ən aşağı olduğu sahə isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq olub. 

Hesabat dövründə mədənçıxarma sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3961.2 manat olub.

Bu göstərici dövlət sektorunda 2445.5 manata, özəl sektorda isə 4755.8 manata bərabər olub. 

Maliyyə və sığorta sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 2630 manat olub. Bu sektorda dövlət sektorunda çalışanların maaşları 3338.8 manat, özəl sektorda isə 2473.8 manat olub. 

Bu dövrdə informasiya və rabitə sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1961.5 manat olub.

Anoloji sahədə çalışan dövlət işçilərinin orta əməkhaqqları 1632.4 manat, qeyri-dövlət işçilərinin orta əməkhaqqları isə , 2209.2 manat olub. 

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları 674.6 manat olub.

Bu sahədə fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin orta əməkhaqqları müvafiq olaraq 777.6 manat və 647.4 manat təşkil edib. 

Digər sahələrdə fəaliyyət göstərən işçilərin 2025-ci ilin I rübündə orta aylıq əməkhaqqı aşağıdakı cədvəldə qeyd edilib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər