Dünya Bankı ilə kənd təsərrüfatı və suvarma sahəsində yeni layihə müzakirə olundu

Dünya Bankı ilə kənd təsərrüfatı və suvarma sahəsində yeni layihə müzakirə olundu
12.11.2025 22:40 Maliyyə

Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Dünya Bankının Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı və suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, o cümlədən “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlanması, təsdiqi və icra mexanizmləri müzakirə olunub. Qeyd olunub ki, bu təşəbbüs prioritet suvarma sxemləri və fəaliyyətlərinə xüsusi diqqət yetirməklə Azərbaycanın kənd təsərrüfatı sektorunun məhsuldarlığını, dayanıqlığını və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

A. Kərimov bildirib ki, aqrar sahənin modernləşdirilməsi, suvarma infrastrukturunun səmərəliliyinin artırılması, iqlim dəyişikliklərinə uyğun kənd təsərrüfatı texnologiyalarının tətbiqi və qida təhlükəsizliyinin gücləndirilməsi hökumətin əsas prioritetlərindəndir.

Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın son illərdə kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, CRAIS layihəsinin kənd təsərrüfatı sektorunun dayanıqlılığının artırılmasına, kənd yerlərində iqtisadi fəallığın və məşğulluğun dəstəklənməsinə xidmət edəcəyini ifadə edib.

Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər