Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 25 %-ə yaxın azaldı

Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 25 %-ə yaxın azaldı
14.07.2025 17:35 Maliyyə

“Mərmər İnşaat” ASC 2024-cü ili 10,254 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 24,6 % azdır.

Ötən il “Mərmər İnşaat”ın əsas əməliyyat (satış) gəlirləri 75,59 milyon manat (11,1 % az), satışının maya dəyəri 58,738 milyon manat (4,8 % az), digər gəlirləri 56 min manat (əvvəlki il olmayıb), inzibati-ümumi xərcləri 4,803 milyon manat (20,4 % az), sair əməliyyat xərcləri 59 min manat (əvvəlki il olmayıb), məzənnə fərqindən zərəri 82 min manat (44,6 % az), maliyyə gəlirləri 854 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 2,564 milyon manat (24,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Mərmər İnşaat”ın akitvləri 63,388 milyon manat olub ki, bu da illik müqayisədə 20,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 15,4 % artaraq 44,254 milyon manata, balans kapitalı 35,2 % artaraq 19,134 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 6,7 % artaraq 1,6 milyon manata çatıb.

Xatırladaq ki, “Mərmər İnşaat” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Azər Bayramovdur.

(Report)

XƏBƏR LENTİ
30 IYUL 2026
Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Bütün Xəbərlər