Azərbaycan və Albaniya ali audit üzrə Anlaşma Memorandumu imzaladılar

Azərbaycan və Albaniya ali audit üzrə Anlaşma Memorandumu imzaladılar
20.05.2025 13:17 Maliyyə

Azərbaycan Hesablama Palatası ilə Albaniyanın Ali Audit Orqanı arasında Anlaşma Memorandumu imzalanıb. 

Bu barədə TodayPress TV Hesablama Palatasına istinadən xəbər verir. 

Bildirilib ki, sənəd palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Albaniyanın paytaxtı Tiranaya səfəri çərçivəsində imzalanıb.

Səfər Albaniya Ali Audit Orqanının (AAO) yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak məqsədi daşıyır. 

Tədbir çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Albaniya AAO-nun rəhbəri Arben Şehu arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Arben Şehu hər iki qurum arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. 

İmzalanan Anlaşma Memorandumu data analitikası, institusional potensialın gücləndirilməsi və əməkdaşların peşəkar inkişafı üzrə birgə fəaliyyətləri nəzərdə tutur. 

Hər iki qurumun rəhbərləri bu sənədin davamlı və məhsuldar tərəfdaşlığın qurulmasına mühüm töhfə verəcəyinə, eyni zamanda auditin keyfiyyətinin artırılmasına xidmət edəcəyinə əminliklərini bildiriblər.

FOTOLAR

Azərbaycan və Albaniya ali audit üzrə Anlaşma Memorandumu imzaladılar — 1
Azərbaycan və Albaniya ali audit üzrə Anlaşma Memorandumu imzaladılar — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər