“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 10 %-ə yaxın azaldı

“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 10 %-ə yaxın azaldı
14.07.2025 13:03 Maliyyə

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I yarısını 155,472 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,8 % azdır.

Yanvar-iyun aylarında ABB-nin gəlirləri 730,673 milyon manat (illik müqayisədə 25,2 % çox), xərcləri 466,17 milyon manat (45,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 74,032 milyon manat (22,6 % çox), mənfəət vergisi ödəmələri isə 35 milyon manat (11,6 % çox) təşkil edib.

Bu il iyulun 1-nə ABB-nin aktivləri 14 milyard 47,023 milyon manat olub ki, bu da illik müqayisədə 5,9 % çoxdur. Bunun 6 milyard 93,496 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,5 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 5,3 % artaraq 12 milyard 43,881 milyon manat, o cümlədən depozit portfeli 1,8 % azalaraq 9 milyard 68,19 milyon manat, balans kapitalı isə 10,1 % artaraq 2 milyard 3,142 milyon manat olub.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

XƏBƏR LENTİ
06 AVQUST 2026
Zelenski Ceyhun Bayramovu qəbul etdi - VİDEO - YENİLƏNİB 20:33 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 "Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı 19:10 Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü 19:00 Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda! 18:47 "Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi 01:41 İsrail-Livan danışıqlarının 7-ci raundu Romada davam edir - DETALLAR 18:32 Sərnişinlərin NƏZƏRİNƏ! - 6 avtobusun marşrutu dəyişdi 18:25 Ukraynanın gizli dron şəbəkəsi - Günə 200-dən çox PUA! 18:10 Qərbi Nil virusu kütləviləşir: 23 yeni yoluxma faktı üzə çıxdı 18:08 Husilər dayanmır! - Yəməndə hərbi düşərgələr hədəf alındı 18:04 Moskvadan İrəvana açıq mesaj – Qərbə bel bağlamayın! 17:58 Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir 17:50 Azərbaycan XİN Boliviyanı təbrik etdi 17:51 Bütün Xəbərlər