AMB iki MMC-nin lisenziyalarının qüvvəsini bir aylıq dayandırdı

AMB iki MMC-nin lisenziyalarının qüvvəsini bir aylıq dayandırdı
28.08.2025 11:17 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi üçün "Delta Capital" və "Zuhur" MMC-lərə verdiyi lisenziyalarının qüvvəsini 1 ay müddətinə dayandırıb. 

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, "Delta Capital"da aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərinin pozulduğu, "Valyuta tənzimi haqqında" qanunun 16-1.1-ci maddəsinin və "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərinin təkrar pozulduğu müəyyən edilib. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanunun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq "Delta Capital"a verilmiş 08.12.2021 tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi dayandırılıb. 

Bundan başqa, "Zuhur"da aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, "Valyuta tənzimi haqqında" qanunun 16-1.1-ci maddəsinin və "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 4.7-ci bəndinin tələblərinin təkrar pozulduğu müəyyən edilib. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanunun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq "Zuhur"a verilmiş 15.03.2022 tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi dayandırılıb. 

Xatırladaq ki, bundan əvvəl AMB  valyuta mübadiləsi üçün "Meta-Kapital" MMC-yə verdiyi lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb.

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər