“The Last of Us”ın 2-ci mövsümü finala yaxınlaşır: Gözləntiləri doğrultdu?

“The Last of Us”ın 2-ci mövsümü finala yaxınlaşır: Gözləntiləri doğrultdu?
28.05.2025 19:10

"HBO" şirkətinin kult oyun əsasında çəkdiyi "The Last of Us" serialının ikinci mövsümü başa çatıb. 2023-cü ildə yayımlanan ilk mövsüm tənqidçilər və tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanmış, layihə “Game of Thrones” səviyyəsində diqqəti özünə cəlb etmişdi. İkinci mövsüm isə bu uğuru davam etdirməyə çalışıb. Bəs görəsən nəticə necə oldu?

TodayPress TV xəbər verir ki, sürətli və emosional sujet xətti ilə irəliləyən ilk mövsümdən sonra hadisələr Vayominqdəki Jackson şəhərində davam edir. Keçmiş qaçaqmalçı Coel (Pedro Pasqal) və onun övladlıq etdiyi qızı Elli (Bella Ramsey) nisbətən sakit həyata uyğunlaşmağa çalışırlar.

Artıq psixoterapiyaya gedən və gitara düzəltməyə meyilli olan Coel dəyişmiş görünür. Elli isə mübarizə qabiliyyətlərini artırır, zombilərlə amansız döyüşlərə girir və eyni zamanda ilk sevgi macərasını dadır. 

Lakin keçmişin kölgəsi onların üstünə çökür: "Salt Lake City"dəki hadisələrə görə intiqam almağa gəlmiş silahlı bir qrup Jackson yaxınlığında peyda olur. Bu qrupun lideri Abby (Ketlin Dever) atasının qətlinə görə cavab tələb edir. Serialın fonunda isə yeni bir münaqişə ocağı - Sietldəki “Qurdlar” və dini fanatik “Serafitlər”in müharibəsi inkişaf edir.

Serial nə dərəcədə uğurludur?

“The Last of Us” ikinci mövsümdə daha mürəkkəb və psixoloji aspektlərə fokuslanır. Serialın əsas yükünü bu dəfə Bella Ramsey daşıyır - onun obrazı daha dərindən işlənib və döyüş səhnələri ilə yanaşı, emosional transformasiyası da diqqət çəkir. Xüsusilə Ellinin amansız intiqam səhnələri tamaşaçılarda fiziki təsir buraxır.

Rejissor Craig Mazin və oyun müəllifi Neil Drukmann bu dəfə daha qaranlıq və dramatik bir narrativ təqdim edirlər. Lakin bəzi tənqidçilərin fikrincə, serial oyun süjetini olduğu kimi təkrarlamaqla yanaşı, personaj inkişafını və yan hekayələri lazımi dərəcədə genişləndirə bilmir.

Epizodik temp və “spidran” problemi

Xüsusilə sonuncu - yeddinci epizodun tempi ciddi müzakirələrə səbəb olub. Epizodda hadisələr sanki kompüter oyunundakı “spidran” (ən qısa zamanda keçmək) prinsipi ilə ard-arda sıralanır, yeni personajlar bir qədər görünərək dərhal öldürülür və hekayə yalnız oyunu bilənlərə tanış gəlir.

Bu səbəbdən final bölümü yarımçıq və tələsik təsir bağışlayır. Mövsüm, əslində, üçüncü hissəyə giriş kimi görünür və çoxsaylı sualları cavabsız saxlayır.

Dramın kənarında qalmaqallar da var

Serialın ulduzu Bella Ramsey sosial şəbəkələrdə zorakılığa məruz qaldığı üçün bir müddət internetdən uzaq qalmağa məcbur olub. Bununla belə, ikinci mövsümün ilk seriyası əvvəlkindən daha yüksək izlənmə reytinqləri ilə başlayıb. Bu da tamaşaçı marağının hələ də yüksək olduğunu göstərir.

Texniki komanda və estetik uğurlar

Serialın estetik səviyyəsi də tənqidçilər tərəfindən yüksək qiymətləndirilir. Operatorlardan biri, rusiyalı Kseniya Sereda bu mövsümdə də əsas bölümlərə vizual imza atıb.

Gələcək nə vəd edir?

Mazin artıq açıqlayıb ki, "The Last of Us Part II" oyununun bütün süjetini ekranlaşdırmaq üçün ən azı üç mövsüm lazım olacaq. Hətta dördüncü mövsümün də mümkünlüyü istisna olunmur. Üçüncü sezonda əsas qəhrəman Elli yox, Abby olacaq. Bu isə yeni risklər və potensial tamaşaçı itkisi deməkdir.

Nəticə etibarilə deyə bilərik ki, bu mövsüm tamaşaçını razı salsa da, əsas hekayəni yalnız yarı yolda buraxır. Üçüncü mövsüm, ehtimal ki, bu dramatik qlobal oyunun əsl kulminasiyası olacaq.

Töhfə Səməd 

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər