Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi

Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi
04.07.2025 13:37

İyulun 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Mərakeş Krallığından olan bir qrup tanınmış media nümayəndəsi ilə görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, görüşdə “Morocco World News”, “Zamane”, “Al-Alam”, “Le Matin”, “Hespress”, “Al Ahdath Al Maghribia”, “Maroc Hebdo” və “Le360” kimi nüfuzlu media orqanlarının təmsilçiləri iştirak ediblər.

Nümayəndə heyətini salamlayan mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan-Mərakeş münasibətlərində mədəni əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb, ölkəmizin qədim tarixi, mədəni irsi və multikultural ənənələri haqqında qonaqlara ətraflı məlumat verib. O, bu cür qarşılıqlı səfərlərin xalqlarımız arasında yaxınlaşmaya və informasiya mübadiləsinin genişlənməsinə töhfə verdiyini qeyd edib.

Mərakeşli jurnalistlər Azərbaycanın mədəniyyət ocaqları ilə tanışlıqdan məmnunluqlarını ifadə edərək ölkəmizin zəngin mədəni mənzərəsinin onlarda dərin təəssürat yaratdığını bildiriblər. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Azərbaycanda mədəni irsin qorunması, beynəlxalq mədəniyyət layihələri və dövlətimizin mədəniyyət siyasəti haqqında danışıb.

Söhbət zamanı bu qəbildən səfərlərin iki ölkənin media və mədəniyyət dairələri arasında gələcək əməkdaşlıq üçün bir platforma ola biləcəyi diqqətə çatdırılıb, birgə layihələrlə bağlı təkliflər səsləndirilib.

FOTOLAR

Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi — 1
Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi — 2
Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi — 3
XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Bütün Xəbərlər