Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başladı

Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başladı
12.09.2025 15:37

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının nəticələrinə uyğun olaraq nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) dəstəyi ilə keçirilən təlimlər davam edir.

TodayPress TV xəbər verir ki, sentyabrın 12-də təlimlərin üçüncü mərhələsinə başlanılıb.

Xor-dirijorluğu, vokal, violin, klarnet, fleyta və rəssamlıq ixtisasları üzrə 40-а yaxın müəllimin cəlb olunduğu təlimlər Bakı şəhərindəki Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilir.

Bir aydan artıq davam edəcək təlimlərə pedaqoji təcrübəyə malik ixtisaslı müəllimlər və mütəxəssislər cəlb olunub. Proqram çərçivəsində iştirakçılara həm fərdi, həm də qrup şəklində tədris metodları, interaktiv dərs modelləri, yeni təhsil texnologiyalarından istifadə imkanları təqdim edilir.

Təlimin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və MİHİ-nin şöbə müdiri Mehman Məhərrəmov təlimin gedişatını izləyib, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd olunub ki, təlimlər müəllimlərin yaradıcılıq potensialının inkişafına, onların peşəkar inkişafının dəstəklənməsinə, musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. Təlimlərin müəllimlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, daha səmərəli nəticələr əldə etmələrinə dəstək məqsədilə həyata keçirildiyi vurğulanıb.

Xatırladaq ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiya prosesində komissiya tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən şəxslər üçün təlimlərə cəlb olunub və onlara xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılacaq.

Attestasiyanın nəticələrinə əsasən, bu ilin may-iyul aylarında fortepiano və musiqi nəzəriyyəsi, avqust-sentyabr aylarında isə tar, kamança, qarmon, xanəndə, nağara ixtisasları üzrə keçirilmiş təlimlərə ümumilikdə 200-ə yaxın müəllim qatılıb.

TodayPress TV

FOTOLAR

Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başladı — 1
Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başladı — 2
Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başladı — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər