Taxıl zəmilərindən 900 min tondan artıq məhsul yığılıb

Taxıl zəmilərindən 900 min tondan artıq məhsul yığılıb
19.06.2025 18:27 Kənd Təsərrüfatı

Bu günə qədər Azərbaycanda taxıl zəmilərindən 904 min ton məhsul yığılıb.

TodayPress TV bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Qurumda biçinin mütəşəkkil təşkilinə dair yaradılmış Operativ Qərargahın məlumatına görə, ölkə üzrə taxıl sahələrinin 30 %-də biçin prosesi başa çatıb. Buğda sahələrinin 8,6 %-i, arpa sahələrinin isə 55,3 %-i biçilib. Buğda üzrə orta məhsuldarlıq 34,7 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 32 sent/ha təşkil edir. Taxıl üzrə orta məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.

Hazırda respublikanın 50 rayonunda aktiv biçin prosesi gedir. Biçinə 1 534 kombayn cəlb olunub. Kombaynlardan 585-i “Aqroservis” ASC-nin, 949-u isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.

Artıq Ağdam, Bərdə, Füzuli, Cəlilabad, Lənkəran, Neftçala, Saatlı, Sabirabad, Salyan və Yevlax rayonlarında arpa biçini tam yekunlaşmaq üzrədir. Bu rayonlar üzrə arpa sahələrinin 90 %-dən çoxunda biçin başa çatıb. Bir çox rayonlarda isə arpa biçini ilə paralel buğda biçininə də start verilib. Hazırda ən çox buğda biçini Yevlax (86 %) və Masallı (33 %) rayonlarında aparılıb.

Biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Prosesin başlamadığı rayonlarda olan kombaynlar əvvəlcədən tələbata uyğun olaraq hazırlanmış dislokasiya planı əsasında aktiv biçin bölgələrinə göndərilir. Bu mexanizm kombayna olan tələbatın ödənilməsini, məhsulun vaxtında və itkisiz yığımını təmin edir.

Respublikada gələn həftədən başlayaraq buğda sahələrində kütləvi biçinə start veriləcək. Ümumilikdə biçin prosesinin optimal müddətdə başa çatdırılması proqnozlaşdırılır.

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər