Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi
08.09.2025 17:23 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirilib.

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Abşeronun təbii zənginliklərini və xüsusilə Qala bölgəsinin əncirçilik ənənələrini təbliğ etməyi hədəfləyən festival yerli sakinlərin, fermerlərin, turistlərin böyük marağına səbəb olub.

Festivalın rəsmi açılış hissəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər.

Çıxışı zamanı Rüfət Mahmud tədbir iştirakçılarını salamlayaraq, festivalın milli dəyərlərin təbliği baxımından önəmini vurğulayıb. O, əncirin xalqımızın qida mədəniyyətində və sağlam həyat tərzində mühüm yer tutduğunu, festivalın isə həm milli sərvətlərimizin tanıdılması, həm də ölkəmizin turizm potensialının artırılması baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Anar Cəfərov çıxışında məhsul festivallarının təşkilinin aqrar sahədə fəaliyyət göstərən tərəflər arasında bilik, təcrübə və resurs mübadiləsinə xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, bu kimi festivallar fermerlərin dəstəklənməsi, yerli brendlərin tanıdılması işinə mühüm töhfə verir.

Festival çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutları – Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Baytarlıq, Heyvandarlıq, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutları öz fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçiriblər. İştirakçılara meyvəçilikdə innovativ yanaşmalar, üzümçülük və şərabçılıqda yeni texnologiyalar, ekoloji dayanıqlı əkinçilik üsulları, baytarlıq və heyvandarlıqda sağlamlıq xidmətləri, həmçinin bitki mühafizəsi sahəsində qabaqcıl həllər barədə məlumatlar təqdim olunub.

Festivalda Aqrar Xidmətlər Agentliyinin nümayəndələri fermerlərə göstərilən xidmətlər – bitki sağlamlığı, toxumçuluq, laboratoriya xidmətləri, torpaq və su analizi, baytarlıq və fitosanitar xidmətlər barədə məlumat veriblər. Bununla yanaşı, festivalda tingçilik təsərrüfatları və bitki mühafizə şirkətləri öz məhsul və xidmətlərini sərgiləyiblər.

Festival çərçivəsində ziyarətçilər üçün zəngin proqram təqdim olunub. Qastronomiya zonasında “Nəlbəki üzərində əncir” adı altında kulinariya nümunələrinin nümayişi, qadın sağlamlığı və daxili qayğıya həsr olunmuş ustad dərsləri, uşaqlar üçün “Nənənin nağılları” zonası, meditativ incəsənət məkanı, “Müdriklik Ağacı” və “Əncir şənliyi ilə böyük ailə süfrəsi” qonaqlar tərəfindən maraqla qarşılanıb.

Festivalın sonunda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində əncir tingləri əkilib.

Qeyd edək ki, festivalın əsas məqsədi əncirin qida və sağlamlıq baxımından dəyərinin təbliği, yerli istehsalçıların məhsullarının tanıdılması olub.

TodayPress TV

FOTOLAR

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 1
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 2
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 3
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 4
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 5
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 6
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 7
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 8
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirildi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Bütün Xəbərlər