Naxçıvan fermerlərinə payızlıq əkin üçün 320 ton taxıl toxumu alınır

Naxçıvan fermerlərinə payızlıq əkin üçün 320 ton taxıl toxumu alınır
25.08.2025 11:35 Kənd Təsərrüfatı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerləri payızlıq əkinlər üçün toxumla təmin etmək məqsədilə 320 ton taxıl toxumu alır.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, bunun üçün "Naxçıvan Aqroservis" xətti ilə 200 ton buğda, “Naxçıvan Toxumçuluq" xətti ilə 120 ton buğda və arpa toxumu alınması nəzərdə tutulub.

Məlumata görə, Naxçıvanda 17 min hektara yaxın sahədə payızlıq əkinlər aparılır. Alınan toxumlar fermerlərin Naxçıvanın iqliminə uyğun olan, yüksək reproduksiyalı və məhsuldar toxuma olan tələbatının müəyyən hissəsini qarşılamağa imkan verəcək.

"Fermerlər bir çox halda öz əkinlərindən saxladıqları toxumları əkirlər, bu da aşağı məhsuldarlığa, su və vəsait itkisinə səbəb olur. Toxum alınması ilə yanaşı, biz hazırda toxumçuluğun inkişafı, Naxçıvanın iqliminə və suvarma imkanlarına uyğun toxumların yetişdirilməsi və toxumçuların formalaşması istiqamətində iş aparırıq. Yerli fermerlər arasında toxumçuların yetişməsi bölgənin iqliminə uyğun, ənənəvi məhsulların yüksək reproduksiyalı toxumlarının əldə edilməsinə imkan verəcək",- nazirlikdən məlumat verilib.

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər