Vətəndaşlar artıq iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

Vətəndaşlar artıq iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər
13.11.2025 11:15 İqtisadiyyat

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən TodayPress TV-y' bildirilib ki, “İş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa “mygov”dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektron formatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza, kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim edilə bilər.

Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir:

∙ Vətəndaş “mygov” platformasında “Xidmətlər” bölməsində “Məşğulluq” kateqoriyasına daxil olur. “İş yerinə dair arayışın alınması” xidmətini seçir.

∙ Sistem avtomatik olaraq istifadəçinin aktiv əmək müqaviləsini yoxlayır və mövcud müqavilələrdən biri seçilir.

∙ İstifadəçi arayışda görünəcək məlumatları özü müəyyən edir: əməkhaqqının göstərilib-göstərilməməsi, arayışın məqsədi (viza, kredit, ipoteka və s.) və əlaqə nömrəsi.

∙ Əgər arayış müəyyən bir quruma təqdim olunacaqsa, istifadəçi həmin qurumun VÖEN-i və ya adını daxil edə bilər.

∙ Təsdiqdən sonra sistem avtomatik olaraq arayışı yaradır, ona unikal sənəd nömrəsi və QR kod əlavə edir.

Vətəndaş yaradılmış sənədi elektron formatda yükləyə və istənilən quruma təqdim edə bilər. Bundan əlavə, kənar qurumlar və ya şəxslər arayışın doğruluğunu QR kod vasitəsilə, sənəd nömrəsini daxil etməklə, həmçinin “my.gov.az” portalında “Sənəd axtarışı” bölməsi vasitəsilə onlayn şəkildə yoxlaya bilirlər.

Bu xidmətin istifadəyə verilməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Yenilik sayəsində vətəndaşlar gündəlik əməliyyatlarını daha sürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.

XƏBƏR LENTİ
30 IYUL 2026
Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Bütün Xəbərlər